Logistika

Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində 1997-ci ildən fəaliyyətə başlayıb.

Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan, həmçinin 10-dan çox xarici ölkələrdən idxal olunan qida, içki, qeyri-qida, gigiyenik kağız və təmizlik məhsullarının qəbulu, mühafizəsi və daşınmasını, eləcə də Satış Direktorluğunun sifarişinə uyğun malların müştəriyə çatdırılması xidmətlərini  həyata keçirir. 

Anbarlarının ümumi   sahəsi 43630 m2 olan Mərkəzi Logistika Departamenti
2000-dən çox topdan və pərakəndə  müştərilərinə  logistik və dağıtım xidmətlərini  də göstərməkdədir.

Departamentin logistik anbarları, yüksək ixtisaslı mütəxəssislərin çalışdığı müasir avadanlıqlarla təchiz olunaraq ən yeni SAP və AXATAWMS, E-Nakliye, P-Carrier proqramları vasitəsi ilə logistik və çatdırma xidmətlərini həyata keçirir. 

Ölkənin 19 bölgəsində və Naxçıvan şəhərində yerləşən distributor anbarlarına  sifarişə uyğun çatdırılma  xidməti göstərilir, habelə 40-dan çox ölkəyə  fabriklərdə istehsal edilən  qida məhsulları  ixrac olunur. Bununla yanaşı, departament bir çox xarici firmaların (“Ulker”, “Diversey, “Mofix”, “TOYBOX” və s.) logistik və müştərilərə çatdırılma  xidmətinı gerçəkləşdirir.

Mərkəzi Logistika Departamenti tərəfindən, həmçinin  “ALSHAYA” firmasının  (“Starbucks”) Azərbaycan nümayəndəliyinin lojistik və mağazalara çatdırılma xidmətləri göstərilir.

Hazırda tərkibində 1100 işçi çalışan  Mərkəzi  Logistika Departamenti  2014-cü il-dən etibarən Türk Standartları İnstitutu tərəfindən İSO 9001-2015 Keyfiyyət İdarəetmə Sistemi Sertifikatına layiq görülüb.