QRUP ŞİRKƏTLƏRİ

Şokalad Qrupu

Şokolad sahəsinə, şirkətlər qrupu ilk olaraq şokoladlı fındıqlı krem ilə daxil olub.

Səhər yeməyi, eyni zamanda tort və digər şirniyyatların bişirilməsi üçün istifadə olunan şokoladlı fındıqlı krem, uşaq orqanizmi üçün çox xeyirli, sümüklərin böyüməsinə, inkişaf etməsinə şərait yaradan, sümük quruluşunu gücləndirən, protein və kalsium mənbəyidir. Növbəti addım olaraq “Azərsun Holdinq” şokolad fabriki inşa etməklə sənaye şokoladı istehsalına start verdi. Əsas məqsəd isə Azərbaycanda fəaliyyət göstərən və yerli şokolad istehsal edən şirkətləri yüksək keyfiyyətli xammal ilə təmin etməkdir. Bununla bərabər, zavodda günəbaxan halvası, müxtəlif lokum, marmelad və digər məhsullar istehsal olunur.

Mamam Bakery

Mayasında ana sevgisi olan yari bişmiş donuq ve bismis məhsullarla Mamam Bakery fabrikası xidmətinizdədir. Mamam Bakery adı altında müxtəlif çeşiddə milli ,Avropa və Şərq şirniyyat/qənnadı məhsulları, şirniyyat sahəsində təlim keçmiş və sertifikatlandırılmış personal tərəfindən hazırlanır. Durmadan inkişaf edən Mamam Bakery çoxsaylı satış məntəqələrində xidmət göstərməklə ən böyük şirniyyat/qənnadı brendi olmağı hədəfləyir. Brendin əsas prinsipi mövcud sanitarik və keyfiyyət normalarını gözləməklə hər gün nəfis və təzə məhsullarını müştərilərinə təqdim etməkdir. Analardan ilhamlanaraq , onlar kimi xəmirinə sevgi qatılir, bu da Mamam Bakery məhsullarını fərqləndirən başlıca xüsusiyyətdir. Hər gün təzə və isti unlu memulatllar Mamam Bakery vitrinində sizləri gözləyir.