QRUP ŞİRKƏTLƏRİ

Təhsil

Əməkdaşlarının peşəkarlığının artırılmasına və şəxsi inkişafına böyük diqqət ayıran “Azərsun Holdinq”in nəzdində Azərsun Akademiyası fəaliyyət göstərir.

SABIS SUN BEYNƏLXALQ MƏKTƏBİ

SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində qapılarını məktəbəqədər təhsil səviyyəsindən 8-ci sinfə qədər olan şagirdlərin üzünə açmışdır və hər il yeni bir sinif əlavə olunur. Hal-hazırda məktəbdə məktəbəqədər təhsil səviyyəsindən 11-cu sinfə qədər olan şagirdlər təhsil alır. Məktəb Xəyal Adası inkişaf layihəsi daxilində 67 000 kvadrat metr sahəyə malik şəhərcikdə yerləşir. 

SABIS® Şəbəkəsinə üzv olan digər məktəblərdə olduğu kimi, SABIS® SUN həm yerli, həm də beynəlxalq icmalara xidmət göstərən çoxmillətli, qeyri-selektiv, birgə təhsil verən, müstəqil, ingilis dilli əyani məktəbidir. SABIS® SUN Beynəlxalq Məktəbində İngilis dili Azərbaycan ədəbiyyatı, coğrafiyası və tarixi istisna olmaqla bütün akademik fənnlərin tədrisində əsas dildir.

İngilis dili birinci dil  və dövlət dili olaraq Azərbaycan dilindən əlavə,  2018-2019-cu tədris ilindən başlayaraq SABIS® SUN Beynəlxalq Məktəbi Rus dilinin tədrisinə olduğu qaydada davam edəcək və Fransız dilini 3-cü dil kimi təqdim edəcək.  SABIS® SUN ilk məktəbinin açılması ilə 1886-cı ildə təsis edilmiş beynəlxalq SABIS® Şəbəkəsinin bir hissəsidir. Artıq 131 ildir ki, SABIS® Şəbəkəsinə üzv olan məktəblər dəyişən dünyada müvəffəqiyyət qazanmaq üçün lazım olan bilik və bacarıqlara sahib şagirdlər yetişdirir. Hal-hazırda SABIS® Şəbəkəsi beş qitədə və 20 ölkədə fəaliyyət göstərən məktəblərdə 70.000 şagirdə təhsil verir.

 

AZƏRSUN AKADEMİYASI

Əməkdaşlarının peşəkarlığının artırılmasına və şəxsi inkişafına böyük diqqət ayıran “Azərsun Holdinq”in nəzdində Azərsun Akademiyası fəaliyyət göstərir. İdarəetmə və fərdi inkişaf, texniki, satış və marketinq, pərakəndə mağazaçılıq, mühafizə, ixtisasartırma, SƏTƏM, Gigiyena və Standartlarla əlaqəli olan və digər təlimlərdə tədris müəssisəsinin fəaliyyət göstərdiyi 2005-ci ildə etibarən 100 mindən artıq insan iştirak edib. Əsasən daxili təlimçilərin tədris keçdiyi Akademiya, eyni zamanda, bütün “Azərsun Holdinq” əməkdaşlarının bilik qiymətlədirmə mərkəzidir. Şirkətdə çalışan mütəxəssislərin bilik səviyyələrinin yoxlanılması məqsədi ilə 10 minlərlə test suallarının daxil edildiyi məlumat bazası yaradılıb. Bundan əlavə, Azərsun Akademiyası Universitetlərlə əməkdaşlıq çərçivəsində müxtəlif staj proqramlarının təşkilini həyata keçirir. Yaxın zamanlarda Akademiya karyera idarəetmə sistemi ilə tam inteqrasiya olunmuş təlim proqramlarının hazırlanması, E-learning platformlarından geniş istifadə, tələbələr üçün Azərsun yay təcrübə proqramı və təlim məsələləri ilə bağlı digər müxtəlif layihələr reallaşdıracaq.