QRUP ŞİRKƏTLƏRİ

Maliyyə

Azərbaycan Sənaye Bankı, Mərkəzi Bankın 28 sentyabr 1996-cı il tarixli 241 saylı lisenziyasına əsasən fəaliyyətə başlamışdır

ASB strateji baxışı sabit böyümə və əlavə dəyər yaratmaqla maliyyə sektorunda müştərilərinə keyfiyyətli və sürətli xidmətləri təklif edən bir maliyyə qurumudur. Səhmdarlarına və əməkdaşlarına mənsubu olmaqdan qürur və xoşbəxtlik hiss etdirən, etibarlı və sosial məsuliyyətini anlayan bir bankdır.

Bu məqsədlə təsis edilmə fəlsəfəmiz olan sənaye sektorunun inkişafı və təsis olunan yeni sənaye müəssisələrinin dəstəklənməsi ilə bir yerdə korporativ və fərdi müştərilərin lokal və beynəlxalq maliyyə tələbatlarına cavab verə bilməyi və kiçik sahibkarlığın biznesinin inkişafını təmin edə biləcək fəaliyyətləri hədəf tutmaqdadır.

Hazırda bütün növ maliyyə xidmətləri təklif edən, universal bank kimi fəaliyyət göstərən ASB iqtisadiyyatın bütün sahələrində fəal iştirak edir, kiçik və orta sahibkarlığın biznesini dəstəkləyir, iri korporativ müəssisələrin, hüquqi və fərdi müştərilərin maliyyə tələbatlarını qarşılayır. Belə ki, ASB ənənəvi xidmətlərlə yanaşı, həmçinin, ən müasir bank xidmətlərini də tətbiq edir.