QRUP ŞİRKƏTLƏRİ

İdman

Avrokuboklarda uğurlu çıxışlarıyla bütün ölkənin rəğbətini qazanan Qarabağ klubu 6 dəfə ölkə çempionluğunu, 6 dəfə ölkə kubokunu qazanıb

Qarabağ Futbol Klubu Azərbaycanın işğal olunmuş Ağdam şəhərini təmsil edir. Yaranışı ötən əsrin 50-ci illərinə təsadüf edən klub Azərbaycan müstəqillik qazanandan sonra ölkə çempionatında iştirak etməyə başlayıb. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra komanda «qaçqın klub» kimi fəaliyyət göstərir. Təbii ki, bundan əlavə klub maddi sıxıntılardan da ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən, komanda 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Bütün bu problemlər 2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri Azərsun şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. Xeyirxah əməlləri ilə nəinki Azərbaycanda, hətta bütün şərqdə, türk dünyasında ad qazanan “Azərsun Holdinq” şirkəti Qarabağı unutdurmamaq üçün əməli işə girişdi. Tez bir zamanda şirkətin prezidenti Abdulbari Gözəlin bilavasitə şəxsi təşəbbüsü ilə komandanın maddi problemləri həll olundu. Milyondan çox məcburi köçkünün komandası olan Qarabağ bununla yeni eraya qədəm qoydu. Xüsusilə, Avrokuboklarda uğurlu çıxışlarıyla bütün ölkənin rəğbətini qazanan Qarabağ klubu 6 dəfə ölkə çempionluğunu, 6 dəfə ölkə kubokunu qazanıb. Qarabağ FK dünyada ən reytinqli Azərbaycan klubudur. Klubun istifadəsi üçün “Azərsun Holdinq” tərəfindən beynəlxalq standardlara cavab verən stadion-baza kompleksi inşa edilmişdir.