QRUP ŞİRKƏTLƏRİ

Pərakəndə

Azərsun Holdinqin 2011-ci ildə fəaliyyətə başlatdığı supermarket şəbəkələrindən olan Bazarstore qısa zaman ərzində Azərbaycanda modern pərakəndə sektorunun lideri olaraq, ən çox etibar olunan və bəyənilən supermarket adını qazandı. 

Bazarstore

Bazarstore qida təhlükəsizliyi sistemini quraraq, keyfiyyətli, sərfəli və bol çeşidli qida və qeyri-qida məhsul çeşidləri ilə müştərilərinin ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaqdadır. İlk öncə işçilərinin etimadını qazanan şəbəkə Pərakəndə Akademiyasında onlara müntəzəm olaraq təlimlər verərək pərakəndə sektorunda yenilikçi liderliyini davam etdirməkdədir.

Park Bulvar Ticarət Mərkəzi

“Park Bulvar” şəhərin mərkəzində olan və bakılıların qəlblərində xüsusi yer tutan Milli Parkda-Bulvarda əlverişli şəkildə yerləşmişdir. Bakıda ticarətin əsas cəlbedici yeri olan mərkəz pərakəndə satış və asudə vaxtın keçirilməsi üçün 17 000 kvadrat metrlik ərazi, 6 ədəd böyük ekranlı kinozal, planetarium, fud kort və supermarket təklif edir. Zirzəmidə 550 ədəd avtomobil tutumu olan dayanacaq vardır. Pak Bulvar alış-veriş imkanı ilə yanaşı çoxlu sayda xidmətlər təklif edir. Bura asudə vaxtın, yemək, içki, musiqi və filmlərin dəbdə olduğu bir məkandır.