QRUP ŞİRKƏTLƏRİ

Qida

1991-ci ildən Azərbaycanda fəaliyyətə başlayan “Azərsun Holdinq” ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Fəaliyyətdə olduğu dövr ərzində Azərbaycanda aqrar sənayenin inkişafına mühüm töhfələr vermiş Şirkətlər Qrupu tərəfindən istehsal edilən yüksək keyfiyyətli çay, yağ, şəkər, duz, konserv, süd, sous və şokolad məhsulları ölkədaxili tələbatı qarşılamaqla bərabər xarici bazarlarda da yüksək qiymətləndirilir. “Azərsun Holdinq” fəaliyyəti dövründə onlarla istehsal müəssisəsinin istismara verilməsini və minlərlə insanın məşğulluğunun təmin edilməsini həyata keçirir. Şirkətlər Qrupu “Azerçay”, “Bizim Tarla”, “Final”, “Bizim Süfrə”, “Zeytun bağları” və digər yüksək keyfiyyətli markalar yaradaraq yerli məhsulların dünya bazarlarında da rəqabətə davamlı olmasını təmin edir.  İstehsal fəlsəfəsi “tarladan süfrəyə” olan “Azərsun” məhsullarının keyfiyyətinə nəzarət bütün mərhələlərdə ən yüksək səviyyədə təmin edilir. “Azərsun Holdinq” -  ildən ilə fəaliyyət sahələrini artıraraq, qida istehsalı, kənd təsərrüfatı, qablaşdırma və kağız sahələrinə aid 30-dən artıq müəssisəni istifadəyə verərək, qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən böyük bir şirkətlər qrupudur.