“Azərsun Holdinq” Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisində iştirak edir

Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) öz işinə başlayıb.
“Azərsun Holdinq”in sərgi salonunda yerləşdirilmiş stendində 3 gün ərzində müxtəlif ölkələrin rəsmi və biznes strukturlarının nümayəndələrinə, sərgini ziyarət edən qonaqlara şirkət istehsalı olan qida məhsullarının tanıtımı həyata keçiriləcək.
Sərgini ziyarət edənlər “Azərsun Holdinq”in stendinə baş çəkərək, məhsullar ilə yaxından tanış olurlar. Həmçinin qonaqlar adı çəkilən şirkətlər qrupunun stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd edib, məhsulların dadına baxıblar.

“Azərsun Holdinq” Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisində iştirak edir