"Şamaxı Dairy Farm"

“Şamaxı Dairy Farm”  2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Ən müasir avadanlıqlarla təchiz olunmuş müəssisə “Azərsun Holdinq” tərəfindən Kürdəmir rayonunda 10 hektar ərazidə inşa edilib.

Zavodun istehsal gücü sutkada 250 ton südün yüksək keyfiyyətdə emalını həyata keçirməyə imkan verir. Müəssisənin illik istehsal gücü 90000 ton, illik faktiki süd emalı 20000 tondur.

Ən müasir standartlara uyğun səviyyədə qurulmuş heyvandarlıq komplekslərində əldə edilən yüksək keyfiyyətli süddən Süd Emalı Zavodunda insan əli dəymədən müxtəlif çeşidlərdə və ən yüksək keyfiyyətdə süd məhsullarının istehsalı həyata keçirilir.

Fabrikdə “AzərSüd”, “Yurdum”, “Kulinarka”, “Luga”, “Zoluşka”, “Bizim Aşpaz”, “Sun”, “Bizim Süd”, “Gülüm” markaları adı altında müxtəlif yağlılıqda və çeşiddə UHT süd, qaymaq, xama, kəsmik və qatıq çeşidləri, müxtəlif pendir çeşidləri, qatılaşdırılmış süd, ənənəvi kərə yağı, ayran, kefir istehsal edilməkdədir.  

Zavod süd emalı sənayesində dünyanın ən qabaqcıl texnoloji avadanlıq istehsalçıları olan Almaniya, İtaliya və İsveç firmalarının istehsal etdiyi tam müasir avadanlıqlar ilə təchiz edilib. Bu isə təbii olaraq müəssisəyə dünyanın qabaqcıl süd məhsulları istehsalçıları ilə keyfiyyət üzrə rəqabət aparmağa imkan yaradır.

Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinin göstəricisi, məhsulların müxtəlif yerli və xarici mükafat və diplomlara layiq görülməsi, bir çox sərgi və müsabiqələrin qalibi olmasıdır.