İctİmaİ Məsulİyyət Laİhələrİ
"Azersun Holding" balacaların gözü ilə
10 yanvar, 2007
Uşaqlarda, Azərbaycanda istehsal edilən bir sıra istehlak mallarının ərsəyə gəlməsi ılə bağlı təsəvvür oyatmaq məqsədilə ölkədə fəaliyyət göstərən müxtəlif müəssisələrdə çəkilişlər aparan ANS TV kanalının "Bala Dili" proqramının yaradıcı heyəti bu dəfə "Azersun Holding" Şirkətlər Qrupunun qonağı oldu.
Elm, təhsil, maariflənmə ilə əlaqədar hər bir addımı müsbət qarşılayan "Azersun Holding" rəhbərliyi bu cür təşəbbüsü də müsbət qarşılayaraq, yaradıcı qrup üçün tələb olunan hər cür şəraiti təmin etdi.
10.01.2007 tarixində şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən Bakı Yağ və Qida Sənaye ASC, "Sun-Tea Azerbaycan" ATSC, 18.01.2007 tarixində isə Azersun Qənd İstehsalı zavodunda olan yaradıcı qrup əvvəlcə həmin müəssisələrin istehsal prosesi ilə tanış oldu. Bu məqsədlə müəssisə rəhbərləri ilə söhbət edib onları maraqlandıran suallara cavab aldıqdan sonra çəkilişə başladılar.
Çəkiliş zamanı verilişin aparıcısı duru yağın doldurulması, marqarin yağlarının istehsalı, çay dolum sexi və şəkərin istehsalında olan hər bir prosesi pillə-pillə uşaqlara onların anlayacağı sadə bir dildə başa salırdı.
Çəkilişlər başa çatdıqdan sonra "Azersun Holding" Şirkətlər Qrupunun digər müəssisələrində də olma arzularını dilə gətirən heyət yaradılan imkana görə holdinq rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
| [Əvvəlki] | [Sonrakı] |

