İctİmaİ Məsulİyyət Laİhələrİ
Azərbaycan musiqisi "Azersun Holding"in dəstəyi ilə yenidən canlandı.
15 mart, 2007
Azərbaycan Dövlət Filarmoniyası, "Azersun Holding"in dəstəyi ilə hazırlanan "Azərbaycan Bəstəkarlarının Antologiyası"nın təqdimat sevincini yaşadı.
Azərbaycan Dövlət Filarmoniyası "Azersun Holding" Şirkətlər Qrupunun dəstəyi ilə əhəmiyyətli gecəyə ev sahibliyi etdi.
"Azersun Holding" tərəfindən 5 CD-də toplanan "Azərbaycan Bəstəkarlarının Antologiyası"nın ictimaiyyətə təqdim olunması üçün təşkil edilən konsertdə Azərbaycanın iş dünyası, siyasət və sənət dünyasının tanınmış simaları iştirak edirdilər.
Bakıdakı bir çox ölkənin səlahiyyətli və fövqəladə səfirləri də dəvət olunan qonaqlar arasında idi. Üzeyir Hacıbəyovun ailə fərdlərinin bir üzvü olan Ülviyyə Hacıbəyova və tanınmış sənətkarların ifası ilə unudulmaz klassik musiqi ziyafəti verildi. Pianonun dilləri ilə salondakı qonaqları bəzən kədərləndirən, bəzən də həyəcanlandıran Ülviyyə xanım Hacıbəyova, Azərbaycan sənət dünyası adına böyük əhəmiyyətə malik bir gecəyə damğasını vurdu.
"Azersun Holding" Şirkətlər Qrupunun sponsorluğu ilə "Azərbaycan Bəstəkarlarının Antologiyası" adlı disk beləliklə işıq üzü gördü. Ülviyyə Hacıbəyovanın təşəbbüsü ilə toplanmış antologiyaya 60 bəstəkarın əsərləri daxil edilmişdir.
Antologiya beş diskdən ibarətdir. Bu antologiyada 300-ə yaxın musiqi əsərinə yer verilmişdir. Əsərlər əsasən Azərbaycan Kamera Musiqisi janrındadır.
Burada Üzeyir Hacıbəyov, Qara Qarayev, Asəf Zeynallı, Müslim Maqomayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Fərhad Bədəlbəyli, Emin Sabitoğlu kimi tanınmış bəstəkarların əsərlərinə geniş yer verilmişdir. Korifey bəstəkarlarla yanaşı müasir gənc bəstəkarların da bəstələdikləri musiqi nömrələri və xalq mahnıları bu antologiyada öz əksini tapmışdır. Burada Ülviyyə Hacıbəyova, Əfrasiyab Bədəlbəylinin, Müslim Maqomayevin əsərlərini fortepiano üçün işləmişdir. Ülviyyə Hacıbəyovanın fortepiano müşayiəti ilə çalınan bu əsərlərdə klassik şairlərin və müasir şairlərin sözlərinə bəstələnmiş əsərlər vardır.
Dahi Nizami, Yunis Əmrə, Natəvan, Cəfər Cabbarlı, Əhməd Cavad, Səməd Vurğun, Nazim Hikmət, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Rəsul Rza ilə yanaşı gənc şairlərin şerlərinə bəstələnmiş mahnılar antologiyaya daxil edilmişdir. Antologiyada xarici sənətkarların da əsərlərinə yer verilmişdir. Aleksandr Sergeyeviç Puşkin, Sergey Yesenin, Ualter de la Mer kimi xarici sənətkarların əsərləri bu antologiyada öz əksini tapmışdır.
Respublikanın əməkdar artistlərindən Həsən Enami, Yeganə Axundova, Töhfə Babayeva Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqə laureatları olmaqla 12 ifaçı tərəfindən ifa olunmuşdur.
37 əsəri fortepianoda ifa edən Ülviyyə Hacıbəyova, digər əsərləri instrumental ansamblla fortepianoda müşayiət etmişdir.
Yaradıcı heyət, "Azersun Holding" Şirkətlər Qrupunun rəhbərliyinə bu antologiyanın işıq üzü görməsində göstərdiyi diqqət və qayğıya görə öz dərin təşəkkürünü bildirir.
| [Əvvəlki] | [Sonrakı] |

