İctİmaİ Məsulİyyət Laİhələrİ
"Azersun Holding" Mingəçevirdə
8-10 may, 2007
"Azersun Holding" xeyirxahlıq missiyasını Davam etdirir. Holdinqin yardım əli bu dəfə Mingəçevir şəhərinə uzandı.
08-09-10 may 2007-ci il tarixlərində 9 may Faşizm üzərində qələbə günü və 10 may mərhum ümummilli lider Heydər Əliyevin 84 illiyi münasibətilə humanitar yardım şöbəsinin təşəbbüsü ilə Mingəçevir şəhərinin veteranlarına, xüsusi qayğıya ehtiyacı olan insanlara, əlillərə və valideyn himayəsindən məhrum olan körpələrə yardım aparılmışdır.
İlk olaraq valideyn himayəsindən məhrum olan balacalar və xüsusi qayğıya ehtiyacı olan kimsəsiz insanlar Mingəçevir İcra Hakimiyyətinin geniş salonuna dəvət edildilər, yardım paketləri paylandı və Abdolbari Goozal bəyin ünvanına xoş sözlər söyləndi. Ölkəyə qoyduğu sərmayələrlə, iqtisadiyyatını dəstəkləməklə yerli əhalinin rəğbətini qazandığını dilə gətirdilər.
Humanitar yardım şöbəsinin nümayəndəsi Sabri Akıncı öz çıxışında Mingəçevirdə olmaqlarının məqsədini, "Azersun Holding"in var olduğu müddətcə dövlətə və xalqa xidmətinin daimi olacağından, kəmiyyətə yox, keyfiyyətin əsas nəzərə alındığını, keyfiyyətli insanın və məhsulun vacibliyini birinci hədəf olaraq gördüyünü dilə gətirdi. Bununla yanaşı həqiqətən ehtiyacı olan insanlara göstərilən qayğı və diqqətin davam edəcəyini söylədi.
Daha sonra Mingəçevir şəhərindəki "Kosmos" şadlıq sarayın 100 nəfər müharibə veteranına hədiyyə paketləri verildi. Keçirilən tədbirlərdə duyğulu anlar yaşandı.
Ertəsi günü humanitar yardım şöbəsinin nümayəndəsi Sabri Akıncı holdinqi təmsil edərək ümummilli lider Heydər Əliyevin anadan olmasının 84 illiyi münasibətilə Heydər Əliyev adına muzeyin açılışına da qatıldı. Muzeyin açılışında Bakıdan gələn millət vəkilləri və dövlət rəsmiləri də iştirak edirdilər.
Mingəçevir Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev göstərdiyi diqqət və qayğıya görə "Azersun Holding" rəhbərliyinə və kollektivinə öz dərin minnətdarlığını bildirdi.
| [Əvvəlki] | [Sonrakı] |

