İctİmaİ Məsulİyyət Laİhələrİ

"Sağlam ailə, cəmiyyətin təməlidir"

15 may, 2007

"Azersun Holding"in təşkilati dəstəyi ilə Gənclər arasında milli kulinariyanın təbliği və inkişaf etdirilməsi, gənclərdə kulinariya mədəniyyətinin formalaşdırılması məqsədi daşıyan Beynəlxalq Ailə gününə həsr edilmiş "Mənim ailəm" III Respublika Festivalı keçirildi.

15 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən və "Azersun Holding"in təşkilati dəstəyi ilə Beynəlxalq Ailə gününə həsr edilmiş "Mənim ailəm" III Respublika Festivalı keçirildi. Bu festivalda 30 gənc ailənin (ata, ana və uşaq) iştirakı nəzərdə tutulmuşdur.

Festivalın keçirilməsində əsas məqsəd dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənc ailələrə dövlət qayğısının göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmaq, ictimaiyyətin diqqətini və səylərini onların sosial problemlərinin həllinə cəlb etmək, gənc ailələrin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, həmçinin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə əlaqədar olaraq planlaşdırılan tədbirlərin icrasını təmin etməkdir.

Bununla yanaşı gənclər arasında milli kulinariyanın təbliği və inkişaf etdirilməsi, gənclərdə kulinariya mədəniyyətinin formalaşdırılması və gənclər arasında kulinariya sahəsi üzrə bacarıq və vərdişlərin təkmilləşdirilməsidir.

Festivalda kulinariya müsabiqəsi, intellektual bilik yarışları, "Biz mehriban ailəyik" adlı əyləncəli-musiqi yarışı, "Sağlam ailə, cəmiyyətin təməlidir" adlı fotosərgi və s. tədbirlər keçirilmişdir.

Kulinariya müsabiqəsi 3 hissədən ibarət idi.

Birinci mərhələdə hər bir ailə 4 nəfərlik mövzulu süfrə bəzəmiş.

İkinci mərhələdə hər bir ailə qəlyanaltı, "qara qutu" sinfində əsas xörək hazırlamış.

Üçüncü mərhələdə isə ailələr çay paylamışlar.

Kulinariya müsabiqəsinin qalibləri aktrisa və florist Suğra Bağırzadənin xüsusi hədiyyəsi və "Azersun Holding", "McDonald's", "Atropaten", "Parfyum de France" firmalarının hədiyyələri, "Kulina" jurnalının diplomları ilə təltif olunmuş və bir qalib isə 6 aylıq pulsuz abunə kuponu qazanmışdır.

[Əvvəlki] [Sonrakı]