İctİmaİ Məsulİyyət Laİhələrİ

"Siz qan verməklə başqalarına həyat verirsiniz"

8 may, 2007

Qan insan orqanizminin bir hissəsidir və orqanizmin sağlamlığı üçün əsas amillərdən biri sayılır. Bununla əlaqədar olaraq talassemiyadan əziyyət çəkənlərə yardım edilməsi məqsədi ilə "Azersun Holding" və tərkibindəki müəssisələrdə, qan vermə aksiyası keçirildi.

Səhiyyə Nazirliyi "Azersun Holding" Şirkətlər Qrupu ilə birgə qan vermə aksiyası keçirildi.

08.05.2007 tarixində "Azersun Holding" Mədəniyyət Mərkəzində keçirilən aksiyada əsas məqsəd qan bankına və talassemiyadan əziyyət çəkənlərə yardım edilməsi idi.

Qan insan orqanizminin bir hissəsidir və orqanizmin sağlamlığı üçün əsas amildir. Bədbəxt hadisələr və müharibələr zamanı qan itirən, irsi qan çatışmazlığı xəstəliyi olan insanlar ancaq öz həmcinslərinin qanı hesabına yaşaya bilirlər. Buna görə də qan ehtiyatı hər bir zaman üçün vacibdir. Bu səbəbdən, demək olar ki, bütün dünya ölkələrinin özünün qan bankı mövcuddur.

İstər sülh, istərsə də müharibə şəraitində qan bankı ölkə üçün sosial cəhətdən strateji əhəmiyyət daşıyır. Müharibə vəziyyətində olan ölkəmiz üçün bu məsələ xüsusilə aktual və vacibdir.

Qana ehtiyac duyan digər mühüm bir təbəqə isə talassemiyadan əziyyət çəkənlərdir. Belə xəstələrə normal həyat sürmək üçün ayda bir və ya iki dəfə təzə qan köçürülməlidir. Azərbaycanda talassemiya daşıyıcılarının orta səviyyəsi 8 faizə bərabərdir ki, bu da əhalinin hər 12 nəfərdən birinin patoloji (qüsurlu) genin daşıyıcısı olduğu deməkdir.

Bu amilləri nəzərə alaraq təşkil edilən, Səhiyyə Nazirliyinin nümayəndəsi, Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev və "Azersun Holding" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozalın iştirak etdiyi tədbir mətbuat konfransı ilə başladı. İlk olaraq söz şirkətlər qrupunun prezidenti Abdlbari Goozala verildi. O, iştirakçıları salamladıqdan sonra sözlərinə belə davam etdi; "Bu sosial fəaliyyətdə iştirak etməmizdə "Azersun Holding" adından mən də çox şadam. Bir fars şairi demişdir ki; "bəni-adəm bir-birinin əzalarıdır, parçalarıdır yəni bir gövhərdəndir, bir yerdən yaradılıblar."

Bundan əlavə insanın hər hansı bir üzvündə narahatçılıq olarsa o biri üzvlərə də təsir edir. Bəzən mətbuatda gedən xəbərlər də insanlara təsir edir. Bunun yaxşı tərəfləri odur ki, biz öyrənirik, hadisələrdən xəbərdar olur insanlığa kömək edərək biz özümüzü də islah edirik. Bəzən televiziya proqramlarını izləyərkən baş vermiş hadisələr, bu dünyanın hər yerində ola bilər Afrikada, İraqda və hər yerdə ola bilər. Bu hadisələr baş verəndə insanların o vəziyyətdə qətlə yetirilmələri, ölmələri bombalanmaları, istəristəməz insanlara pis təsir edir. Bu onu göstərir ki, biz hamımız bir mənşədənik və biz bir-birimizə kömək etməliyik. Ölkəmizdə xəstə insanlar var, əsgərlərimiz yaralanır.

Qan verməklə biz insanlığa xidmət edirik...

Azərbaycanın əsgəri güclü olmalıdır, silahı güclü olmalıdır müdafiə üçün, təcavüz üçün mən təsdiq etmirəm. Torpağını azad etmək üçün o qədərini arzu edirəm ondan artıq lazım deyil. Bu mənim şəxsi fikrimdir. Özünü müdafiə edəcək gücdə qüvvətdə olmalıdır. Sərmayəsi olmalıdır, fabrik və zavodları olmalıdır. Anbarları dolu qida olmalı, eyni zamanda qan bankında da qan olmalıdır. Bu tədbir çox mənalı tədbirdir və çox böyük əhəmiyyətə malikdir. Biz bununla insanlığa yardım edirik, bir-birimizə yardım edirik. Bu bizi düşündürür. Qan vermək müqəddəs bir işdir. Ümumiyyətlə hər kəs öz vücudu ilə bütünləşmiş olaraq qanına çox sahib çıxır. Amma insanlıq naminə düşünsə ki, mən qan verirəm, mən başqalarını qurtarmaq üçün qan vermişəm bun insanı yardımlaşmağa təşviq edir.

Doğrusu "Azersun Holding"in bu təşəbbüsü məni sevindirir. Digər bir tərəfdən də bu qədər insan bizimlə birlikdə çalışır. Əlbəttə ki, bu könüllü bir işdir heç kimi məcbur etmək lazım deyil. İnanıram ki, mən qan verdiyimdə, çoxları da başa düşəcəklər ki, bu qanın verməyimin bir xeyri var və bunun bir mənası var, həmçinin də əhəmiyyəti vardır. Əminəm ki, çoxları məni sevirlər. "Azersun Holding"dən məktub alıram, başqa yerlərdən məktublar gəlir, onlar da o fəlsəfə və prinsipləri mənimlə bölüşürlər. Qan verməklə mən ümid edirəm ki, biz bir-birimizi yaxşılıq etməyə sövq edirik. Yəni bu bir məcburiyyət deyil hər insan könüllü olmalıdır. Məcburiyyət heç vaxt çıxış yolu demək deyil. Hər şey razılıqla olmalıdır. Qarşılıqlı anlaşma ilə olmalıdır.

"Azersun Holding" olaraq qayəmiz odur ki, bugünkü dünyada olan demokratik şəraiti də insanlar hiss etsinlər, amma intizamsız da olmasınlar. Ancaq mən belə düşünürəm ki, "Azersun Holding"-dəki bizim düşüncələrimizi bölüşdüyümüz insanların çoxu bu məsələyə çox ciddi əhəmiyyət verirlər. Bəlkə bunu biz hər il təkrar etdik. Qan verdiyimiz zaman qanımız təmizlənir, qana ehtiyacı olan insana yardım edirik və qanımızın yeri də dolur həmçinin sosial yardım əhəmiyyətini daşıyır.

Ölkəmizi müdafiə edən insanların özlərini əmniyyətdə hiss etmələrini təmin edirik və xəstələrimizi qanla təmin edirik. Fikirləşin 4-5 min insanı "Azersun Holding" arxasınca aparır, arzu edirəm ki, siz başqalarını da bu xeyirxah işə təşviq edəcəksiniz. Allah heç zaman bizi darda qoymaz. Həmişə yaxşı yolu seçməliyik." dedi və jurnalistləri maraqlandıran sualları cavablandırdı.

Daha sonra söz Səhiyyə Nazirliyinin nümayəndəsi, Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyevə verildi. Azad bəy bu təşəbbüsə görə "Azersun Holding" Şirkətlər Qrupuna öz dərin minnətdarlığını bildirdi və məsələnin böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Daha sonra qanın sadəcə donorlardan alına bildiyini söylədi. Bununla yanaşı hər bir insanın qana ehtiyac duya biləcəyini qeyd etdi. 08 may gününün irsi qan xəstəli və talassemiya günü olduğunu söyləyən Azad Hacıyev bu il həmin günün 20 illiyinin qeyd olunacağını da söylədi.

Belə aksiyaların keçirilməsinin qana ehtiyacı olanların qanla təmin edilməsi məqsədi daşıdığını söyləyən Azad Hacıyev ayda minimum talassemiya xəstələrinin 1 və 2 dəfə qana ehtiyacı olduğunu da bildirdi. Belə xəstələr hər bir ölkədə mövcuddur. Qan xidmətinin yüksək səviyyəyə qaldırılması ilə bağlı qanun qəbul olunduğunu və ötən ildən bu proqramın həyata keçirildiyini bildirdi.

Mətbuat konfransından sonra Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozalla başlayaraq qan vermə aksiyasına start verildi.

Qan vermə aksiyası tələb olunan bütün gigiyenik şərtlərə əməl edilərək təşkil edilmiş, qan verənlərin güclərini bərpa etmək üçün lazımı şərait yaradılmışdı.

Aksiya dörd minə qədər işçisi olan "Azersun Holding" Şirkətlər Qrupunun bütün müəssisələrində may ayının sonuna qədər davam edəcəkdir.

Artıq uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən "Azersun Holding" Şirkətlər Qrupunun başlıca amalı Azərbaycanın iqtisadi və sosial inkişafıdır. Bölgələrdə və paytaxtda yeni-yeni müəssisələr istismara verməklə "Azersun Holding" Şirkətlər Qrupu əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynamaqla, həm də ölkənin iqtisadi potensialını nümayiş etdirir.

Sosial layihələrə geniş yer verən Şirkətlər Qrupu istər dövlət, istər özəl şirkət, istərsə də adi vətəndaş tərəfindən xüsusi qayğıya ehtiyacı olan təbəqəni də daim diqqət mərkəzində saxlayır. Bu qəbil fəaliyyətlərdən olan "Siz qan verməklə başqalarına həyat verirsiniz" qan vermə aksiyası "Azersun Holding" Şirkətlər Qrupunun fəaliyyətinin yalnız qida məhsulları istehsalı ilə məhdudlaşmadığını, sosial həyatda da fəal iştirakını nümayiş etdirir.

[Əvvəlki] [Sonrakı]