İctİmaİ Məsulİyyət Laİhələrİ

"Azersun Holding" körpələrlə

1 iyun, 2007

"Azersun Holding" körpələrin bayram sevincinə şərik oldu. Bu gözəl gündə körpələri dünyanın bütün qayğılarından uzaqlaşdırıb azacıq da olsa onlara sevinc payı bəxş etmək ən böyük xoşbəxtlikdir.

"Azersun Holding" 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə Mədəniyyət Mərkəzində balacaları sevindirdi. Əsasən əlil körpələrin və xüsusi qayğıya ehtiyacı olan balacaların dəvət olunduğu bu bayram şənliyinə "Yeni Həyat" cəmiyyəti və Nəsimi rayonunun 11 saylı yardımçı məktəb və digər uşaq evlərindən tələbatı olan uşaqlara cəmi 200 nəfər iştirak edirdi.

Xoş əhval-ruhiyyəli bayram şənliyində Şuşa Dövlət Dram teatrı əyləncəli proqramı ilə balacalarda xoş ovqat yaratdı.

Bu gözəl gündə körpələri dünyanın bütün qayğılarından uzaqlaşdırıb azacıq da olsa onlara sevinc payı bəxş etmək ən böyük xoşbəxtlikdir. "Azersun Holding"in bu kimi xoşməramlı missiyası bu baxımdan olduqca təqdirə layiqdir.

Tədbirin sonunda balacalar bayram süfrəsinə dəvət olundular. Üzlərində sevinc təbəssümü olan körpələr adından cəmiyyət rəhbərliyi "Azersun Holding" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozala və Holdinq kollektivinə öz dərin təşəkkürlərini bildirdilər.

Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdəndir. İyunun 1-ini Uşaqların Beynəlxalq Müdafiə Günü elan etmək də bu zərurətdən doğmuşdur. Bu bayramın qeyd olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu ilin noyabrında keçirilmiş xüsusi sessiyasında qəbul olunmuşdur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1959-cu ilin 1 iyununda qeyd olunmuşdur. BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir.

Azərbaycan Respublikası da bu konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır bununla əlaqədar əsas milli sənəd olan "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Beləliklə hər il iyun ayının 1-i ölkəmizdə uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.

[Əvvəlki] [Sonrakı]