İctİmaİ Məsulİyyət Laİhələrİ

“YAY TURU-ŞƏN AVTOBUS” LAYİHƏSİNƏ “AZƏRSUN HOLDİNQ” DƏSTƏK VERDİ

15 avqust, 2009

İnternat məktəblərindən, eləcə də əlil və qayğıya ehtiyacı olan insanlardan öz diqqət və qayğısını əsirgəməyən “Azərsun Holdinq”, eyni zamanda xeyriyyəçilik istiqamətində fəaliyyət göstərən bir sıra ictimai birlikləri də dəstəkləyir. Belə  qeyri-hökumət təşkilatlarından biri də “Birliyə Doğru” İctimai Birliyidir. Bu təşkilat uşaqların təhsil, səhiyyə və digər sosial problemləri ilə yanaşı, onların asudə vaxtlarının səmərəli keçirilməsinə də böyük əhəmiyyət verir. Çünki asudə vaxtın düzgün təşkili uşağın həm psixoloji, həm də fiziki inkişafına böyük təsir göstərir.

Beləliklə, 15-21 avqust tarixlərində “Birliyə Doğru” İctimai Birliyinin həyata keçirdiyi “Yay turu-şən avtobus” adlı layihə “Azərsun Holdinq” tərəfindən də dəstəkləndi.

Qeyd etmək lazımdır ki, internatı bitirən uşaqların çalışdığı “Birliyə Doğru” İctimai Birlik, SOS uşaq kəndinin nəzdində fəaliyyət göstərən Resurs mərkəzinin uşaqları, Saray qəsəbəsində yerləşən əlil uşaqlar internat məktəbinin şagirdləri, internatı bitirən uşaqlar üçün nəzərdə tutulmuş və Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Bakı Peşə Liseyinin şagirdləri də olmaqla 40 nəfər üçün düşərgə təşkil etmişdir.

Təşkilat tərəfindən, həmçinin uşaqlara kompüter və informasiya texnologiyaları, gigiyena və təmizlik, insan temperamentləri, tərcümeyi-hal yazılması mövzusunda maarifləndirici təlimlər də keçirilmişdir.



[Əvvəlki] [Sonrakı]