İctİmaİ Məsulİyyət Laİhələrİ

“AZƏRSUN HOLDİNQ”İN MÜQƏDDƏS RAMAZAN AYINDA HƏYATA KEÇİRDİYİ HUMANİST ADDIMLAR

16 sentyabr, 2009

Ramazan ayının ilk günündən etibarən holdinq yeməkxanasında işçilər üçün hər gün ləziz iftar süfrəsinin hazırlanması “Azərsun Holdinq”in həyata keçirdiyi humanist addımlardan biri olmuşdur. On bir ayın sultanı olan bu müqəddəs ayda ibadət edərək Allaha daha bir addım yaxınlaşan insanların əqidəsinə hörmətlə yanaşan şirkətlər qrupu, işçilərindən öz diqqət və qayğısını əsirgəməmişdir.

“Azərsun Holdinq” yalnız öz işçilərinə deyil, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan insanlara da hər zaman böyük diqqətlə yanaşmışdır. Belə ki, müqəddəs Ramazan ayında hər bir evdə iftar süfrəsinin ləziz nemətlərlə bəzənməsini nəzərə alan şirkətlər qrupu, yardıma ehtiyacı olan ailələri holdinq müəssisələrinin istehsal etdiyi ərzaqlarla sevindirmişdir.

Şirkətlər qrupu, həmçinin müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının himayədarlıq etdiyi kimsəsiz müharibə veteranlarına, əlillərə və şəhid ailələrinə də yardım göstərmişdir.

İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər departamentinin Humanitar bölməsi tərəfindən 680 nəfərə ərzaq yardımı göstərilmişdir ki, bunlardan da 71-i fiziki şəxs, 51-i isə qeyri-hökumət təşkilatları olmuşdur.

Bundan başqa, holdinq tərəfindən Nizami rayonu Əlilər Şurası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Xətai rayon şöbəsi, Əlillər Cəmiyyəti İctimai Birliyi, 11 saylı xüsusi təhsil məktəbi, 1 saylı psixiatriya xəstəxanası, 13 saylı internat məktəbi, Daun Sindromlu Şəxslərin Assosiasiyası olmaqla 1000 nəfərlik iftar süfrəsi verilmişdir.



[Əvvəlki] [Sonrakı]