İctİmaİ Məsulİyyət Laİhələrİ
SOSİAL MƏSULİYYƏT LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “AZƏRSUN HOLDİNQ” ŞAGİRDLƏR VƏ UŞAQLAR ÜÇÜN DAHA BİR TƏDBİR HƏYATA KEÇİRDİ
10 fevral, 2009
“Azərsun Holdinq” yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təkmilləşdirilməsi və uşaqların peşə seçiminə yardım göstərilməsi istiqamətində qəbul etdiyi proqram əsasında davamlı sosial-mədəni tədbirlər həyata keçirməkdədir. Proqram çərçivəsində tədbirə qoşulan şagirdlər ilk olaraq Holdinqin yeməkxanasında təşkil olunmuş nahar yeməyinə dəvət olundular. Daha sonra isə müəssisələrdə avtomatik işin tətbiqini əyani surətdə şagirdlərə göstərmək üçün yağ zavoduna ekskursiya etdilər. Marqarin və duru yağ sahələrinə ekskursiya edən şagirdlərə mütəxəssislər tərəfindən avtomatik işin tətbiqi ilə əlaqədar məlumatlar verildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Daha sonra isə tədbirdə iştirak edən 43 saylı liseyin şagirdləri, gözdən əlil uşaqlarla yanaşı Uşaq və Gənclərin Reabilitasiya Mərkəzinə cəlb edilmiş şagirdlər mədəniyyət mərkəzində Mirzə Fətəli Axundovun “Hekayəti xırsi Quldurbasan” komediyası əsasında səhnələşdirilmiş eyni adlı əsərinin tamaşasına baxdılar. Onlarla yanaşı tamaşaya Holdinqin müxtəlif müəssisələrində çalışan işçiləri də dəvət olunmuşdular.
“Bakı Kamera Teatrı”nın yüksək peşəkarlıqla səhnələşdirdiyi tamaşada peşəkar aktyor oyunu və gülüş səhnələri tamaşaçıların ürəyincə oldu.
| [Əvvəlki] | [Sonrakı] |

