İctİmaİ Məsulİyyət Laİhələrİ

AZƏRSUN HOLDINQ LIDER TV-DƏ YAYIMLANAN “MUĞAM FESTIVALININ GÜNDƏLIYI”NIN SPONSORU OLMUŞDUR.

23 mart, 2009

 “Bakı – İslam Mədəniyyətinin Paytaxtı 2009” Mədəniyyət ili çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşkilati dəstəyi ilə mart ayının 18-25 tarixində “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirilmişdir.
 
40-dan çox ölkənin muğam ifaçılarını bir araya toplayan Beynəlxalq Muğam Festivalı çərçivəsində ilk olaraq “Muğam aləmi” Beynəlxalq elmi simpozium keçirilmiş, martın 22-dən 24-dək isə Muğam müsabiqəsi keçirilmişdir. Müsabiqədə 11 ölkədən 20 ən istedadlı ifaçı iştirak etmişdir. “Qran-pri”yə Azərbaycan ifaçısı - Təyyar Bayramov, birinci yerə Özbəkistandan Yulduz Turdıyev, ikinci yerə İrandan Məhəmməd Motamidi, üçüncü yerə isə misirli Mustafa Səid layiq görülüblər.

Qeyd etmək lazımdır ki, Azərbaycanın milli dəyərlərinə hər zaman hörmətlə yanaşan “Azərsun Holdinq” öz ənənəsinə sadiq qalaraq «Muğam aləmi» beynəlxalq muğam festivalının gündəliyinin Lider TV-də “Azercay”ın dəstəyi ilə yayımlanmasına şərait yaratmışdı. Belə ki, festival çərçivəsində həyata keçirilən bütün tədbirlər barədə məlumat hər axşam efirdə, “Muğam Festivalının gündəliyi”ndə təfərrüatı ilə tamaşaçılara təqdim olunurdu.




[Əvvəlki] [Sonrakı]