İctİmaİ Məsulİyyət Laİhələrİ

DAHİ BƏSTƏKARIN 75 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLİR

20 noyabr, 2008

Dünya şöhrətli bəstəkar, SSRI və Azərbaycanın xalq artisti, professor Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi “ƏBƏDİYYƏT” adlı səkkizinci simfoniyanın təqdimatı olmuşdur.

“Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun təşkilatçılığı və “Azərsun Holding”in maliyyə dəstəyilə hazrlanmış disk dəsti iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Azərbaycanın görkəmli bəstəkarı, SSRI və Azərbaycanın Xalq Artisti Arif Məlikovun 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi. Festivala, noyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xor Kapellasının simfonik konserti ilə start verildi.

Tədbirdə, baş nazirin müavini Elçin Əfəndiyev, Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev, tanınmış mədəniyyət xadimləri ilə yanaşı, “Azərsun Holdinq”in rəhbərliyi və digər ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

SSRİ Xalq Artisti Arif Məlikovun yubileyi ilə əlaqədar təşkil olunan Beynəlxalq festival, 30 noyabr tarixinədək davam edəcək. Beynəlxalq festivalda dahi bəstəkarın əsərləri musiqisevərlərə təqdim olunacaq.

Beynəlxalq festivalın açılış mərasimində sənətkarın ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət” adlı səkkizinci simfoniyasının kompakt disk dəstinin də təqdimetmə mərasimi keçirildi. “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun təşkilatçılığı və “Azərsun Holding”in maliyyə dəstəyilə hazrlanmış disk dəsti iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Təqdimetmə mərasimində çıxış edən yubilyar tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.





[Əvvəlki] [Sonrakı]