İCTİMAİ MƏSULİYYƏT LAYİHƏLƏRİ

"XAŞXAŞIN GÖZ YAŞI"

6 iyun, 2008

“Azersun Holding” Şirkətlər Qrupunun mədəniyyət mərkəzində Bakı Uşaq Teatrının səhnələşdirdiyi “Xaşxaşın göz yaşı” adlı yeni tamaşanın premyerası keçirildi. Tərbiyəvi əhəmiyyətə malik olan bu tamaşaya hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunmuşdu.

Tamaşa böyük tərbiyəvi əhəmiyyət kəsb edirdi. Mövzu etibarilə çox təqdirəlayiq və baxımlı olan bu tamaşada əsas mövzu gənclər arasında narkomaniya və QİÇS xəstəliyinin yayılmasında cəmiyyətin rolundan idi.

Tamaşa başa çatdıqdan sonra pyes mövzu müzakirə edildi. Tədbir iştirakçıları gənclərin cəmiyyətdəki rolunun əhəmiyyətindən bəhs etdilər. Bununla yanaşı narkomaniya və QİÇS xəstəliyi ilə əlaqədar yeniyetmə və gənclərin ailə ilə yanaşı təhsil ocaqlarında bu məsələlərlə bağlı lazımi qaydada maarifləndirilməsi fikri də geniş şəkildə müzakirə olundu.

Tərbiyəvi əhəmiyyət daşıyan bu tamaşa Arzu Soltanın pyesi əsasında səhnələşdirilmişdi.

Tamaşanın rejissoru isə teatrın bədii rəhbəri İntiqam Soltan idi.

[Əvvəlki] [Sonrakı]