İCTİMAİ MƏSULİYYƏT LAYİHƏLƏRİ
UŞAQLAR 1 İYUNU "AZERSUN HOLDİNG"LƏ BİRGƏ QEYD ETDİ
2 iyun, 2008
“Azersun Holding” Şirkətlər Qrupu, “1 İyun Uşaqları Beynəlxalq Müdafiəsi Günü”nü 2 Saylı uşaq evinin sakinləriylə qeyd etdi. Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin uşaqların əylənməsi üçün hazırladıqları proqram balacaların ürəyincə oldu. Belə ki, bəzədilmiş avtobuslarda “Aqua Park” əyləncə mərkəzinə gətirilən uşaqlar doyunca əyləndikdən sonra restoranda nahar yeməyi yedilər. Sonra isə uşaqlar kukla teatrının səhnələşdirdiyi “Cik-cik xanım” tamaşasını seyr etdilər. “Azersun Holding” tərəfindən balacalara bayram hədiyyələri də paylandı. Sosyal-siyasət fəlsəfəsinə və milli dəyərlərimizə sadiq qalan “Azersun Holding” Azərbaycanın gələcəyi olan uşaqların inkişafını daim diqqətdə saxlayır. Bu istiqamətdə ardıcıl həyata keçirilən sosyal mədəni tədbirlərin icrası milli mənəvi dəyərlərin təbliği ilə yanaşı unudulmuş folklor nümunələrini də özündə yaşatmaqla gənclərə aşılayır.
| [Əvvəlki] | [Sonrakı] |

