İCTİMAİ MƏSULİYYƏT LAYİHƏLƏRİ
NOVRUZ SEVİNCİ
23 mart, 2008
Novruz gəlir, yaz gəlir.
Bir əlində saz gəlir.
Bir əlində xonçası,
Açıb gülün qönçəsi
Təşkil etdiyi Novruz bayramında körpələrə sevinc bəxş edən “Azersun Holding” Şirkətlər Qrupu, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan balacalarla birlikdə holdinq işçilərinin uşaqlarını da unutmamışdı.
Gənc Tamaşaçılar Teatrının səhnələşdirdiyi “Tıq-tıq” xanım tamaşası, Novruz bayramı münasibətilə təşkil olunmuş şənlikdə körpələr tərəfindən böyük maraqla qarşılandı. Novruz personajlarından Kosanın, Bahar qızının, Keçəlin və şən məzhəkəçilərin əyləncəli proqramda ifa etdikləri rollar körpələrin sevincinə sevinc qatdı. Bununla yanaşı, məzhəkəçilər şən nəğmə və musiqi sədaları altında rəqs edən körpələr arasında maraqlı oyunlar da keçirdi.
İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin Humanitar şöbəsi tərəfindən şənliyə 8 uşaq evi - Daun Sindromlu Uşaqlar Assosiasiyası, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi, Əlil Uşaqlarla İş Mərkəzi, Psixonevroloji uşaq evi, 36 saylı uşaq evi, 1 saylı lal-karların internat məktəbi, Azərbaycan Tələbə Gənclər Təşkilatı olmaqla 261 nəfər dəvət olunmuşdu. Şənlikdə iştirak edən balacalara bayram sovqatı verilmiş və eyni zamanda 4 saylı vərəm Dispanserində olan 26 uşağa bayram hədiyyələri göndərilmişdir.
Gözəl əhval-ruhiyyədə keçən Novruz bayramı balacalarda xoş ovqat yaratdı.
Bundan başqa, Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi, “Qızıl Aypara” Cəmiyyəti Qarabağ Regional Mərkəzi, Qarabağ Müharibəsi Əlilləri, Veteran və Şəhid Ailələri İctimai Birliyi Abşeron rayon Şöbəsi, Vətən Müharibəsi Veteranları Birliyi Xocalı rayon şöbəsi, “Qızıl Aypara” Cəmiyyəti Binəqədi rayon komitəsi, Ahıl Tənha və Əlil İnsanlara Dayaq İctimai Birliyi, Şəhid Ailələrini Müdafiə Cəmiyyəti, Şəhid Ailələrini Müdafiə Cəmiyyəti Yasamal və Suraxanı rayon şöbələri və s. bu kimi dövlət və qeyri-hökumət təşkilatlarının üzvlüyündə olan kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan insanlara da bayram sovqatları paylandı.
Beləliklə, xüsusi qayğıya ehtiyacı olan insanları dərd-sərindən, qayğılarından uzaqlaşdırıb onlara sevinc bəxş etmək və onlara dayaq olmaqla bacardığı yardımı əsirgəməyən “Azersun Holding” Şirkətlər Qrupu, hər zaman olduğu kimi bu bayramda da insanların sevincinə xüsusi bir rəng qatdı.
| [Əvvəlki] | [Sonrakı] |

