İCTİMAİ MƏSULİYYƏT LAYİHƏLƏRİ

"AZERSUN HOLDİNG"DƏ KÖRPƏLƏRİN YENİ İL SEVİNCİ

5 yanvar, 2008

2-3 yanvar 2008-ci il tarixlərində “Azersun Hlding” Şirkətlər Qrupunun mədəniyyət mərkəzində nümayiş etdirilən “Çəkməli Pişik” tamaşası, eləcə də al-əlvan bəzədilmiş yolka ətrafında şaxta baba, qar qız və şirin klounların balacaları əyləndirməsi körpələrin sevincinə rəng qatdı.

Bayram şənliyi holdinq və müəssisələrində çalışan işçilərin uşaqları ilə yanaşı, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuşdur.

Bayram şənliyinə Psixonevroloji xəstə uşaq evi, 36 saylı xəstə uşaq sanatoriyası, Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi, Ahıl və tənha əlil uşaqlarla dayaq və ictimai birliyi Azərbaycan Maarifçi Xeyirxah xanımlar ictimai birliyi və Xətai rayonu əlillər cəmiyyətinə üzv olan uşaqlar təşrif buyurmuşdular. Şənlik proqramlarının sonunda körpələrə yeni il hədiyyələri paylandı.

Bununla yanaşı digər uşaq evlərində də holdinq tərəfindən bayram şənliyi təşkil olunmuşdur. 4 saylı vərəm sanatoriyası, 37 saylı uşaq kardioloji sanatoriyası, 1 nömrəli tərk edilmiş uşaq evi, “Ümid Yeri” reabilitasiya mərkəzi və 22 saylı xəstə uşaq sanatoriyasında şaxta baba, qar qız və klounların iştirakı ilə bayram şənliyi təşkil olunmuşdu. Şaxta baba və qar qız xüsusi qayğıya ehtiyacı olan balacaları şənləndirməklə yanaşı onlara bayram sovqatı da aparmışdılar.

Tədbirdə, Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 185 illiyi münasibətilə iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət qəbul edildi. Tədbirin sonunda isə “Azersun Holding” Şirkətlər Qrupunun rəhbərliyi adından, kitabın müəllifi, əməkdar jurnalist Mirvari Rəhimzadəyə təşəkkür plaketi təqdim olundu.

[Əvvəlki] [Sonrakı]