İctİmaİ Məsulİyyət Laİhələrİ

"Azersun Holding" Şirkətlər Qrupundan Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bayram Töhfəsi

1 iyun, 2006

"Azersun Holding" Şirkətlər Qrupu, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi bayramda əlil uşaqlara sevincli bayram günü bəxş etdi.

"1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar təşkil olunmuş bayramda, əlil üşaqlar dərnəyinin iştirakı ilə, "Azersun Holding" Şirkətlər Qrupunun mədəniyyət mərkəzində "Əlil Uşaqların Rəsm və Əl İşləri Sərgisi" təşkil olundu. Əl əməyi, göz nuru ilə başa gələn bir-birindən gözəl əl işlərindən ibarət olan sərgidə, ölkələrin bayraq motivlərindən istifadə olunmuş qardaşlıq və sülh mesajları verən əl işləri diqqət mərkəzindəydi.

Türkiyədə ənənəvi olaraq hər il keçirilən "23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı"nda da sərgisi keçirilən bu əl işləri bu dəfə "Azersun Holding" Şirkətlər Qrupunun vasitəsilə Bakıda sərgiyə çıxarıldı. Orada toplaşan uşaqların əlil olduğuna baxmayaraq, həyata dördəllə sarılmağı bacaran, bir-birindən bacarıqlı uşaqların sahib olduğu həyat sevinci gözə çarpırdı.

Daha sonra təşkil olunan əyləncə proqramında, bir-birindən gözəl musiqilərlə oynayıb əylənən 180 nəfər balaca var idi. Uşaqlar sevimli Ələkbər əmiləri ilə xoş dəqiqələr yaşadılar.

Klounlarla keçirilən oyunlar, şer yarışı və sehirbazın bir-birindən maraqlı fokusları uşaqları çox əyləndirdi.

"Sun" Şirkətlər Qrupunun vitse-prezidenti Selahattin Hun, proqram münasibətilə etdiyi çıxışında, Azərbaycanın gələcəyi olan uşaqlara cəmiyyətin diqqət yetirməsini vurğuladı.

"Azersun Holding" Şirkətlər Qrupunun hər zaman olduğu kimi bundan sonra da yardıma möhtac, kimsəsiz uşaqlarla birlikdə olmağa davam edəcəyini bildirən S. Hun, "əlil uşaqların cəmiyyətə qazandırılması üçün birlikdə çalışılmalıdır" dedi.

Proqramın sonunda, "Azersun Holding" Şirkətlər Qrupu tərəfindən hazırlanan hədiyyələr paylanaraq uşaqlara sevinc bəxş edildi.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1925-ci ildən bu yana Beynəlxalq Uşaqların Müdafəsi Günü fikri Cenevrədə keçirilən "Uşaqların Rifahı Dünya Konfransı"ndan sonra meydana çıxmışdır. 54 ölkənin iştirakı ilə həyata keçirilən konfransda "Uşaqların Müdafiəsinə Aid Cenevrə Bəyannaməsi" qəbul edilmişdir. Bəyannamə əsasən yoxsulluq, uşaq işçiliyi, təhsil kimi dünya uşaqlarının rifah halını maraqlandıran mövzuları nəzərə almaqdadır.

Konfransdan sonra bir çox ölkə, uşaqların problemlərinə qarşı cəmiyyətin diqqətini cəlb etmək, uşaqlara xoşbəxtlik bəxş etmək və uşaq mövzusunda diqqətli olmağa təşviq etmək məqsədilə bir günün "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" olaraq adlandırılması qərarını qəbul etmişdir.

1 iyun 21 ölkədə qeyd olunan uşaqlar günüdür. Türkiyədə 23 aprellə bərabər, hər il oktyabr ayının ilk bazar ertəsi günü "Dünya Uşaqlar Günü" olaraq qeyd edilməkdədir. Bundan başqa 20 noyabrda isə "Uşaq Hüquqları Günü" olaraq qeyd edilir.

[Əvvəlki]