İctİmaİ Məsulİyyət Laİhələrİ

"Azersun Holding" Yay fəslində kimsəsiz uşaqlarla

10 avqust, 2006

"Azersun Holding" Şirkətlər Qrupu, həyatını uşaq evlərində keçirməyə məhkum edilən kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlar üçün "Yay fəslində əyləncə proqramları" hazırladı.

Holdinq, Mərdəkan qəsəbəsindəki 3 sayılı uşaq evində, 10 avqust 2006-cı il tarixində tərtib edilərək fəaliyyətə başlayan "Yay fəslində əyləncə proqramları"nda fiziki və əqli cəhətdən şikəst olan uşaqlara sevinc bəxş etdi. Aktyorların hazırladıqları proqramla uşaqların kiçik yaşlarda olmalarına baxmayaraq çiyinlərində daşıdıqları həyat yükünü azacıq da olsa unutdurulmağa çalışırdılar. Balacalar aktyorlar tərəfindən hazırlanan müxtəlif oyunlar və musiqi parçaları ilə xeyli əyləndilər. Həyatın onlara verdiyi bu ağır yükün ağrılarını azacıq da olsa bir kənara qoyan uşaqlar, onlara hədiyyə edilən oyuncaqlarla uşaq olmanın sevincini yaşamağa çalışırdılar. Keçirdikləri ağır həyat tərzinə baxmayaraq şən klounların rəngli həyatlarını birlikdə yaşamağa çalışan uşaqların, çöhrələrində xoş təbəssüm var idi.

"Azersun Holding"in ikinci dayanacağı 2 saylı uşaq evi idi. Ana-ata sevgisini özgə qucağında arayan kimsəsiz uşaqlar doyunca əyləndilər. Yay fəslinin həddindən artıq isti keçməsinə baxmayaraq can sıxıntısını müvəqqəti də olsa bir kənara qoyan balacalar bir-birindən maraqlı oyunlarla xoş əhval - ruhiyyə qazandılar.

Kimsəsiz, qayğıya möhtac uşaqlarla görüşərək dərdlərinə və kədərlərinə şərik olan, körpə qəlblərinə həyat sevinci aşılamağa çalışan "Azersun Holding" əməkdaşlarının sonrakı dayanacağı Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən uşaq evi oldu.

"Yay fəsli əyləncə proqramları" 6 müxtəlif uşaq evində keçiriləcəkdir.

[Əvvəlki] [Sonrakı]