İctİmaİ Məsulİyyət Laİhələrİ

Yeni dərs ilində kimsəsiz uşaqlara "Azersun Holding" sevinc bəxş etdi

14 sentyabr, 2006

"Azersun Holding" Mədəniyyət Mərkəzində, "Bilik Günü" münasibətilə təşkil olunan tədbirdə, məktəb yaşına qədəm qoymuş kimsəsiz uşaqlara, yeni dərs ilinin başlanğıcında xoş əhval-ruhiyə verildi.

"Azərsun Holding" Şirkətlər Qrupu tərəfindən təşkil olunan proqramda, 2006 - 2007-ci tədris ilinin başlaması ilə sevinc hissləri keçirən uşaqların məktəb həyəcanlarına şirkət şərik oldu. Uşaqlar, populyar estrada müğənnisi Səidənin söylədiyi bir-birindən şən mahnıları ilə əyləndilər. Uşaqlar üçün hazırlanan "Sehrli Çıraq" tamaşasını maraqla izləyən gələcəyin böyükləri, bir-birindən maraqlı oyun yarışları ilə həyəcanı, sevinci və xoşbəxtliyi birlikdə yaşadılar. "Azersun Holding" Şirkətlər Qrupunun işçi kollektivi ilə yeyilən yeməkdən sonra, məktəb ehtiyacları təmin edilərək uşaqlara təqdim olunan hədiyyə paketlərini balacalar sevinclə qəbul etdilər.

Kiçik vücudlarına sığdırmağı bacardıqları ümman kimi dərin qəlbləri ilə onlar üçün hazırlanan proqrama təşəkkür edən 200 balaca, yeni dərs ilində müvəffəqiyyətli olacaqlarına söz verdilər.

Ayrıca, 14 sentyabr 2006-cı il tarixində, "Azersun Holding" Şirkətlər Qrupuna dəvət olunan 600 kimsəsiz uşağa yemək verildi.

[Əvvəlki] [Sonrakı]