İctİmaİ Məsulİyyət Laİhələrİ
"Azersun Holding" 3 Dekabr-Beynəlxalq Əlillər Günündə Əlillərlə Birlikdə
3 oktyabr, 2006
"Azersun Holding" Şirkətlər Qrupu 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə proqram təşkil etdi. Tədbirdə 13 müxtəlif qeyri-hökumət təşkilatının rəhbərləri və təşkilatların himayəsində olan 300 nəfər əlil iştirak etdi.
"Azersun Holding" Şirkətlər Qrupunun təşkil etdiyi proqramda tanınmış sənətçilər çıxış etdilər. Tədbirdə ilk səhnəyə çıxan "Amin" qrupunun gözəl ifasından sonra "Körpəm" uşaq teatrı öz duzlu-məzəli parodiyaları ilə qonaqlara xoş əhval-ruhiyyə bəxş etdi. Son olaraq səhnəyə dəvət olunan estradamızın populyar müğənnisi Elza Seyidcahan xoş ovqatlı mahnıları ilə proqramı daha da rövnəqləndirdi.
Tədbirin sonunda "Azersun Holding"in nümayəndəsi Sabri Akıncı öz çıxışında; əlillərin böyük qayğıya ehtiyacı olduğunu qeyd etdi və cəmiyyət rəhbərlərinə onları öz ətraflarına toplayaraq cəmiyyətə inteqrasiya olunmasında göstərdikləri yardımlara görə dərin təşəkkürünü bildirdi. Bunun müqabilində əlil cəmiyyətlərinin rəhbərləri əlillərə göstərilən bu qayğı və köməyə görə "Azersun Holding" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal bəyə öz dərin təşəkkürlərini bildirdilər. Proqramın sonunda əlillərə "Azersun Holding" Şirkətlər Qrupunun müəssisəsində istehsal olunan ərzaq məhsullarından ibarət yardım paketləri paylandı.
| [Əvvəlki] | [Sonrakı] |

