İctİmaİ Məsulİyyət Laİhələrİ
"Azersun Holding"dən İftar Süfrəsi
13-15 oktyabr, 2006
"Azersun Holding" Şirkətlər Qrupu ramazan ayı münasibətilə 13-15 oktyabr 2006-cı il tarixləri arası 3 gün davam edən iftar proqramı hazırladı.
"Mübarək" şadlıq sarayında təşkil olunan 3 ayrı iftar proqramında şəhid ailələri, əlil veteranlar, yardıma ehtiyacı olan kimsəsizlər başda olmaqla 1000 nəfər iştirak etdi. "Azersun Holding"in vitse-prezidentləri Selahaddin Hun, Ahmet Yeman və Fevzihan Arasın da iştirak etdiyi proqramda çıxış edən "Amin" qrupu tədbiri daha da rövnəqləndirdi.
İftardan sonra qonaqlara içərisində müxtəlif qida məhsulları olan ərzaq yardımı paylandı.
Proqramlarda müxtəlif cəmiyyətlərin sədrləri çıxış etdilər. Edilən çıxışlarda bu tədbirin ağrı-acılı günləri geridə qoyan Azərbaycanda köməyə ehtiyacı olan insanların unudulmadığının, onların maddi və mənəvi olaraq dəstəkləndiyinin, cəmiyyətin həmrəylik və bərabərlik duyğularını qoruduğunun bir işarəsi olduğu vurğulandı.
"Azersun Holding" Şirkətlər Qrupunun ölkə iqtisadiyyatına verdiyi dəstəklə bərabər, təşkil etdiyi tədbir və proqramlarla ictimaiyyətin əsas dinamikalarından olan yardım və bərabərlik məfhumlarını mütəmadi şəkildə aktiv saxlayaraq, sosial inkişaf prosesinə də lazımi köməklik göstərdiyi vurğulandı.
| [Əvvəlki] | [Sonrakı] |

