QİDA PAKETLƏMƏ MÜƏSSİSƏSİ

ŞİRKƏT HAQQINDA

Xırdalan şəhərində yerləşən Qida Paketləmə müəssisəsi 1998-ci ildə fəaliyyətə başlamışdır. Müəssisədə 4 avtomatik paketləmə makinası qurulmuşdur. 900 və 1800 qramlıq düz paketləmə avadanlığı tam avtomatlaşdırılmış sistemlə çalışır. Avadanlıq dəqiqədə 30-35 ədəd 900 qramlıq, 25-30 ədəd 1800 qramlıq məhsul paketləmə gücünə malikdir. Qram göstəriciləri avtomatik olaraq tənzimlənir. Burada 900, 1000, 1800 qramlıq paketlərdə şəkər, qarabaşaq, lobya, noxud, uzun düyü, yumru düyü, mərcimək, şəkər tozu və yarma kimi məhsullar qablaşdırılır. Müəssisənin illik istehsal gücü 50 000 tondur.

FABRİK ŞƏKİLLƏRİ