Azersundan xəbərlər

BÖYÜK UĞURA DOĞRU SON ADDIM...

9 sentyabr 2009

Müstəqil Dövlətlər Birliyi ölkələri Standartlaşdırma bürosunun ekspertləri Zülfiyyə Yadgarova və Valeriy Mamatov Müstəqil Dövlətlər Birliyi Üzv Ölkələrində Məhsullarının və Göstərilən Xidmətlərin Keyfiyyəti Sahəsində Əldə Edilən Nailiyyətlərə Görə Mükafatların Müəyyənləşdirilməsi müsabiqənin baş mükafatını qazanmaqda böyük şansı olan müəssisələrimizi Qafqaz konserv və İmişli şəkər zavodlarında görülən işləri əyani şəkildə müşahidə etmək üçün həmin müəssisələrdə oldular.

08-09 sentyabrda tarixlərində Qafqaz Konserv və İmişli şəkər zavodlarını ziyarət edən ekspertlər istehsalat sahələrinə, anbarlara, laboratoriya və digər yerlərə baş çəkmişdirlər.

8 sentyabrda Qafqaz konserv zavodunda müəssisənin rəhbər heyəti və bölmə rəislərinin qatıldığı iclas başlamışdır. İclasda insan sağlamlığı və mühafizəsi, ətraf mühit və ekologiya, işçilərin həvəsləndirilməsi və mükafatlandırılması mövzuları ətrafında fikir mübadiləsi aparılmış, lazımi qeydiyyatlar yoxlama heyətinə təqdim edilmişdir. İSO 22000 sistemində olan son vəziyyətlə bağlı sualları isə Keyfiyyət İdarəetmə Sistemləri təmsilçisi Rəşad Nəbizadə cavablandıraraq, qonaqları İSO 22000 sisteminə uyğun hazırlanmış Prosedura, Şərtnamə  və s. sənədlərlə tanış etmiş və onlara bu mövzu barədə ümumi məlumat vermişdir.

Yoxlama heyətinə Keyfiyyət Çevrələri mövzusunda da lazımi məlumatlar verilmişdir. Burada, müəssisənin mənafeyi üçün kollektivin gerçəkləşdirdiyi fəaliyyətlər təqdirəlayiq sayılmış və heyət tərəfindən müsbət olaraq qeydə alınmışdır.

9 sentyabrda isə İmişli Şəkər Zavodunu ziyarət edən qonaqları müəssisə rəhbərliyi qarşılamış və tanışlıq iclası keçirilmişdir.

Hər iki müəssisənin laboratoriya bölməsində texnologiyanın ən son texniki təchizatları və mikrobioloji otaq ilə tanış olan yoxlama heyəti daha sonra aparılan qeydiyyatları yoxladılar. İSO 9001:2000 sisteminə uyğun olaraq tərtib edilən sənədlərin nəzarəti əsnasında Müştəri şikayətləri mövzusuna böyük önəm verildi. Bu istiqamətdə həyata keçirilən işlər, görülən tədbirlər olduqca qənaətbəxş sayıldı və yoxlama heyəti şəffaflıqdan məmnun olduqlarını qeyd etdilər.

Qafqaz konserv və İmişli şəkər zavodlarında istehsal sahəsində mövcud olan yüksək gigiyenik və təmizlik durumu, işçilərin qoruyucu vasitələrdən (əlcək, maska, qolluq) istifadəsindəki nöqsansızlıq, avadanlıqların təmizliyi və s. diqqətlə izlənildi. Qeyd etmək lazımdır ki, müəssisələrin daim təmiz və gigiyenik olmasının təminatı, məhz gigiyena və təmizlik planının qüvvədə olması ilə bağlıdır. Bu da yoxlama heyətinin diqqətini cəlb edərək müsbət nəticə kimi qeydə alınmışdır.

Müəssisələrdə anbar ərazilərində aparılan baxış zamanı buradakı nöqsansız fəaliyyət məhsul anbarında məhsulun istehsalatdan anbara verilməsi, anbarda yığılması və yük vasitələrinə daşınması üçün yaradılmış şərait və infrastruktur (yerləşdirilmə, təmizlik, tərif etmə və açıqlama, FİFO və s.) ekspertlərin diqqətini çəkmiş və onlar öz müsbət fikirlərini dilə gətirmişlər.

Bununla yanaşı texniki anbarda  müəssisənin maddi-texniki  resursları, ehtiyat avadanlıqlar və cihazlar diqqətlə müşahidə edildi, müəssisənin maddi-texniki bazasının idarə olunması haqqında ətraflı məlumat verildi.

Təbii ki, müəssisələrin ərazisində hökm sürən təmizlik və yaşıllıq da qonaqların gözündən yayınmamışdır. Zavodların həyətyanı sahələrini dolaşan nümayəndə heyəti qazanxana sistemi, texniki atelye və s. sahələrlə tanış olmuş, ən son texnologiyaların istifadəsindən razı qalmışdırlar.

Yekun iclasda nümayəndə heyəti yoxlama zamanı və ümumilikdə onlara göstərilən qonaqpərvərlikdən, səmimilikdən dolayı öz təşəkkürlərini bildirmişlər.


 

[Əvvəlki] [Sonrakı]