Azersundan xəbərlər

“AZƏRSUN HOLDLİNQ” ÖLKƏDƏ ÇAYÇILIĞIN İNKİŞAFINI DƏSTƏKLƏYİR

25 iyul, 2009

“Azərsun Holdinq” iyul ayının 25-də holdinq və KİV nümayəndələrinin Lənkəran və Astara rayonlarına səfərini təşkil etmişdir. Səfərin əsas məqsədi çayçılığın inkişafı istiqamətində aparılan işlərlə əyani tanışlıq idi.

Yerli istehsala böyük əhəmiyyət verən “Azərsun Holdinq” emal və istehsal etdiyi bütün qida məhsullarının yerli mənbələrdən olmasına xüsusi diqqət yetirir. Təbii ki, çay sahəsi də bu sıradandır. Odur ki, holdinq tərəfindən çay sahəsinə göstərilən diqqət və qayğı media mənsublarının nəzərindən yayınmamışdır. Lənkəran və Astara rayonlarında çayçılığın inkişafının hazırkı vəziyyəti və eyni zamanda buradakı fermerlərin apardığı işləri əyani şəkildə görmək üçün KİV nümayəndələri “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərovun başçılığı ilə bölgəyə səfər etmişdirlər.

Qonaqlar, bölgədə holdinq tərəfindən yerli çay istehsalına verilən dəstəyin nəticəsini əyani şəkildə müşahidə etmişlər. “İlyasçay” MMC-nin rəhbəri İlyas Əliyev və “Astaraçay” Assosiasiyasının rəhbəri Nizami Rəsulovla söhbət aparmış jurnalistlər yerli çayçılıq sahəsinin mövcud vəziyyəti ilə yaxından tanış olmuşdurlar.

Jurnalistlərlə söhbətində “İlyasçay” MMC-nin rəhbəri İlyas Əliyev çayın becərilməsində əsas məqsəd kimi yerli istehsalın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi olduğunu söyləmişdir. Bundan başqa o, öz pay torpağının 5 hektarlıq ərazisində becərdiyi çay kollarından bu il ilk dəfə olaraq 4.5 ton əla növ çay götürdüyünü bildirmişdir. Kollardan bundan sonra da çay yığılacağını söyləyən İlyas Əliyev, ümumilikdə 7 ton çay məhsulunun toplanacağını qeyd etmişdir.

Gələcək illərdə isə 15 ton çay məhsulunun toplanmasını planlaşdırdığını deyən fermer bu rəqəmin böyük göstərici olduğunu da diqqətə çatdırmışdır. 2007-ci ildən başlayaraq çayın becərilməsində fermerə “Azərsun Holdinq”in yaxından köməklik göstərdiyini vurğulayan İlyas bəy, şirkətlər qrupunun həm maddi, həm də mənəvi dəstəyini yüksək qiymətləndirdiyini söyləmişdir.

Daha sonra “Astaraçay” Assosiasiyasının prezidenti Nizami Rəsulov sovet hakimiyyəti dövründə rayonda 3000 hektara yaxın çay sahələrinin olduğunu, lakin bu sahələrdə sadəcə 450-500 hektar məhsul verən sahələrin qaldığını söyləmişdir. Nizami Rəsulov jurnalistlərlə söhbət zamanı qeyd etmişdir ki, “Azərsun Holdinq”in 1999-cu ildən etibarən bölgədəki çayçılığın inkişafını dəstəkləməsi nəticəsində, buradakı çayçılıq sahəsinin məhsuldarlığı özünü yenidən biruzə vermişdir. Bu sahələrdə müasir texnologiyalara malik avadanlıqların tətbiq edilməsi və yeni aqrotexnika ilə fəaliyyətə başlanması məhsuldarlığı olduqca artırmışdır. Qeyd etmək istəyirəm ki, şirkətlər qrupu tərəfindən çay paketləmə fabrikinin fəaliyyətə başlaması yerli çayın istehlakçılara çatdırılmasında əhəmiyyətli rol oynamışdır. Belə ki, fermerlərlə müqavilə bağlayan “Azərsun Holdinq” becərilmiş çay məhsulunu onlardan almaqla fabrikdə yerli çayın istehsalına start vermiş olur.

Nizami Rəsulov “Azərsun Holdinq”in prezidenti cənab Abdolbari Goozal bəyin fermerlərlə görüşdüyünü və onları narahat edən problemlərlə maraqlandığını da xüsusi olaraq vurğulamış, öz adından və bütün fermerlər adından “Azərsun Holdinq”rəhbərliyinə təşəkkürünü bildirmişdir.



[Əvvəlki] [Sonrakı]