Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ” HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNİN 40 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRDİ
10 iyul, 2009
“Azərsun Holdinq” və Bakı şəhəri Nizami rayonun İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş tədbir həyata keçirildi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyi münasibəti ilə ölkədə silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biri də holdinqin Mədəniyyət Mərkəzində təşkil olunmuşdur. “Azərsun Holdinq” və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, media mənsubları və holdinq əməkdaşları iştirak etmişdirlər.
Tədbirdə iştirak etmiş Nizami rayon icra hakimiyyətinin nümayəndəsi Hacımurad Hənifəyev, holdinq əməkdaşlarından İnzibati İşlər Departamentinin müdiri Tofiq Qocayev, İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov, bağban Sənəm xanım Nəbiyeva, mexanik Şirzad Qəmbərov çıxış etmiş və dahi şəxsiyyət ilə bağlı xoş təəssüratlarını bölüşmüşdürlər.
Sonra isə tədbir konsert proqramı ilə davam etmişdir.
| [Əvvəlki] | [Sonrakı] |

