Azersundan xəbərlər
“AZERSUN HOLDİNG” DÜNYANIN MƏŞHUR, APARICI KAĞIZ EMALI AVADANLIQLARI İSTEHSAL EDƏN “METSO” ŞİRKƏTİ İLƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALADI.
2 iyul, 2009
Kağız avadanlıqların istehsalı sahəsində dünya lideri “Metso” və “Fampa Belloid” şirkətinin istehsal etdiyi avadanlıqlar Azərbaycan Karton və Kağız İstehsalı Kombinatında istifadə olunacaq.
“Azərsun Holdinq”in dünyanın hegemon və aparıcı kağız emalı avadanlıqları istehsalçısı “Metso” və “Fampa Belloid” şirkətləri ilə əməkdaşlığı böyük bir layihənin uğurla həyata keçirilməsi istiqamətində ciddi addımdır.
02 iyul tarixində “Azersun Holding”in prezidenti Abdolbari Goozal ilə Finlandiyanın “Metso” şirkətinin satış üzrə baş direktoru Hanu Saikonnen arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Azərbaycan Karton və Kağız İstehsalı Kombinatında “Metso”nun istehsalı olan 5 əlavə istehsal xətti və yardımçı xətlər quraşdırılacaq. Müasir texniki avadanlıqları idarə edəcək yerli mütəxəssislər Avropada təcrübə və təlim kurslarında da iştirak edəcəklər. “Metso” kağızın təkrar emalı və bütün növ avtomatlaşdırılmış kağız emalı makinaları istehsalı sahəsində ixtisaslaşmış şirkətdir.
Tikilməkdə olan kombinatda “Metso” şirkəti ilə yanaşı Avropanın “Fampa Belloid”, “Lemord”, “Mauli”, kimi müasir texnologiyalara malik şirkətlərinin avadanlıqları da quraşdırılmaqdadır.
| [Əvvəlki] | [Sonrakı] |

