Azersundan xəbərlər

“FİRST BUSİNESS” ABDOLBARİ GOOZAL BƏYİ “AZƏRBAYCANDA İLİN İŞ ADAMI” NOMİNASİYASI İLƏ MÜKAFATLANDIRDI

2 iyul, 2009

“First Business” jurnalı və Türksoy İpək Yolu proqramı “Zirvədəkilər – 2008” mükafatlandırma mərasimi təşkil etmişdir.
Türk və ingilis dillərində hazırlanan, 20 ölkədə 20 min mötəbər rəhbər və iş adamlarına çatdırılan “First Business” jurnalının seçici qurumu hər il iqtisadiyyat, siyasət, yerli idarəçilik, layihə və Türk dünyası kimi kateqoriyalarda ilin iş adamlarını müəyyənləşdirir.
Beynəlxalq “First Business” jurnalının hər il təşkil olunan ənənəvi tədbirlərinə bu il də bir çox ölkələrdən iş adamları, siyasətçilər, diplomatlar və dövlət nümayəndələri dəvət olunmuşdular. Bu dəfə təşkil olunan “Zirvədəkilər – 2008” tədbirində bir çox dəvət olunan mükafatçılar arasında  Riskli iş adamı - Abdolbari Goozal bəy də var idi.

11 ölkədən 600 dəvətlinin iştirak etdiyi bu tədbirdə “Azərsun Holdinq”in prezidenti cənab Abdolbari Goozal “Azərbaycanda ilin iş adamı” mükafatına layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi inkişafına təkan verən şirkətlərdən biri olan “Azərsun Holdinq” istehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə “Made in Azerbaijan” adını dünya miqyasında yaymağa davam etməkdədir. Yeni-yeni layihələrə imza atan şirkətlər qrupunun həyata keçirdiyi təqdirəlayiq işlər xarici medianın da hər  zaman diqqətini özünə cəlb etmişdir. Azərbaycanda 1991-ci ildən fəaliyyətə başlayan şirkətlər qrupu artıq rəqabət şəraitində öz yüksək keyfiyyətli məhsul istehsalı və iş şəraiti ilə lider şirkətlər sırasına daxildir.

Təməli Riskli iş adamı Abdolbari Goozal tərəfindən qoyulan “Azərsun Holdinq” öz keyfiyyətli fəaliyyəti ilə hər zaman beynəlxalq arenalarda da yüksək mükafatlara layiq görülür.



[Əvvəlki] [Sonrakı]