Azersundan xəbərlər

“AZƏRSUN HOLDİNQ” MÜŞTƏRİ XİDMƏTLƏRİ ÜÇ RƏQƏMLİ “120” PREFİKS TELEFON NÖMRƏSİNİ İSTEHLAKÇILARIN İSTİFADƏSİNƏ VERDİ

3 iyun, 2009

“Azərsun Holdinq”in müştəri xidmətləri üç rəqəmli “120” prefiks telefon nömrəsini istehlakçıların istifadəyə verilməsi ilə bağlı “Trend” xəbərlər şirkətində mətbuat konfransı keçirdi. Ölkənin aparıcı elektron və kütləvi informasiya vasitələrinin iştirak etdiyi bu konfransda şirkətlər qrupunun Müştəri Xidmətləri şöbəsinin müdiri Şamil Kərimov və İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov xidmət haqqında ətraflı məlumatlar verdi.

Nəzərinizə çatdırırıq ki, Azərbaycanın əsas qida istehsalçısı “Azərsun Holdinq” xidmət standartlarını daha da artırmaq, Müştəri Xidmətləri mədəniyyətini inkişaf etdirmək, müştəriləri maraqlandıran sualları operativ və ətraflı cavablandırmaq məqsədilə Müştəri Xidmətləri sahəsini daim təkmilləşdirməkdədir.

“Azərsun Holdinq”, istehlakçıların istənilən səpgidə olan irad və təkliflərini asanlıqla şirkətə çatdıra bilməsi məqsədilə, Azərbaycanın hər yerindən sabit telefon xətlərindən zəng edə biləcəkləri yeni üç rəqəmli 120 telefon nömrəsini istehlakçıların istifadəsinə təqdim etdi. Bu xidmətin digər bir vacib üstünlüyü, Azərbaycanın bütün bölgələrindən sabit telefon xətlərindən gələcək zənglərin, müştəri və istehlakçılar üçün pulsuz olmasıdır.
120-nin təqdim olunmasında məqsəd müştəri və istehlakçıların, şirkətə müraciət etmə prosedurasını asanlaşdırmaqdır. Daxil olan istənilən müraciət, “Azərsun Holdinq” Müştəri Xidmətləri tərəfindən ətraflı şəkildə araşdırılacaq və ən qısa zamanda cavablandırılacaqdır.  

Müştərilərinə yüksək xidmət göstərməyi qarşısına hədəf qoymuş “Azərsun Holdinq”, bundan sonra da Müştəri Xidmətlərinin təkmilləşməsini davam etdirəcəkdir.

Mətbuat konfransının sonunda Şamil Kərimov və Afiq Səfərov jurnalistləri maraqlandıran sualları cavablandırdılar.



[Əvvəlki] [Sonrakı]