Azersundan xəbərlər
AZƏRSUN HOLDİNQ “1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSI GÜNÜ” MÜNASİBƏTİLƏ SİLSİLƏ TƏDBİRLƏR HƏYATA KEÇİRDİ
1 iyun, 2009
“Azərsun Holdinq” hər zaman olduğu kimi, bu dəfə də “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə körpələrə sevinc payı bəxş etdi.
Əlil və yardıma ehtiyacı olan insanlardan öz diqqət və qayğısını heç bir zaman əsirgəməyən “Azərsun Holdinq” “ münasibətilə uşaqları, bizim balaca, körpə məxluqlarımızı yaddan çıxartmadı. 2009-cu ilin ölkə başçısı tərəfindən “Uşaq ili” elan olunması münasibətilə holdinq tərəfindən silsilə tədbirlərə start verilmişdir.
01 İyun tarixində holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin Humanitar işlər şöbəsinin əməkdaşları tərəfindən 37 saylı Uşaq Kardioloji Sanatoriyasından, 21 saylı “Təbəssüm” Uşaq Sanatoriyasından və 3 saylı lal-kar uşaqlar üçün İnternat məktəbindən olan 50 uşağın iştirakı ilə əyləncəli tədbir təşkil edilmişdir. “Aqua Park” istirahət mərkəzində əylənən uşaqlara orada nahar yeməyi verilmiş və yeməkdən sonra onlar əyləncə mərkəzinin oyun zalında əylənmişdirlər. Uşaqların heyvanat bağçasına aparılması isə onlarda böyük sevinc hisslərinin yaşanmasına səbəb olmuşdu. Tədbirin sonunda uşaqların hər birinə ayrı-ayrılıqda qiymətli hədiyyələr də təqdim olunmuşdur.
Tədbirlər proqramı çərçivəsində 4 saylı Vərəm Dispanserindəki 30 uşağa da hədiyyələr aparılmışdır.
Qeyd etmək lazımdır ki, “Azərsun Holdinq” tərəfindən ardıcıl olaraq həyata keçirilən sosial-mədəni tədbirlərin bütün uşaq evləri və uşaq təşkilatlarını əhatə edəcəyi planlaşdırılır.
| [Əvvəlki] | [Sonrakı] |

