Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ” AİLƏSI QANI VƏ CANIYLA AZƏRBAYCANA XİDMƏT ETMƏKDƏDİR.
19 may, 2009
Xeyirxah və böyük ürəyə sahib insanlar qana ehtiyacı olan xəstələri xilas etmək üçün könüllü olaraq qan verirlər.
“Azərsun Holdinq”də ənənəvi olaraq, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə qanvermə aksiyası keçirilib. Xeyirxah kompaniyaya Azərsun holdinqin tərkibində fəaliyyət göstərən bütün müəssisələrin 500-dən çox əməkdaşı qatılmışdır. Aksiyada iştirak edən “Azərsun Holdinq”in prezidenti cənab Abdolbari Goozal, aksiyanın əhəmiyyətindən danışaraq, bu tədbirin hər il davam edəcəyini bildirdi və qeyd etdi ki, Azərsun ailəsi Azərbaycana canı və qanıyla xidmət edir. Holdinqin rəhbəri: - “Mən bəzən rastlaşdığım insanlardan indiyə qədər nə yaxşılıq etdiyini soruşuram. Bəziləri deyir ki, mənim imkanım yaxşı olmayıb. Lakin düşünürəm ki, Allah bütün insanlara yaxşılıq etmələri üçün imkan verib. Bu insanların qanları ilə başqasına həyat vermə imkanıdır. Bundan qiymətli heç nə yoxdur. Həyata keçirilən bu aksiya, ehtiyacı olan insanlar üçün həyat qədər vacib və önəmlidir. Belə aksiyaları mən hər zaman dəstəkləyəcəyəm.” deyə, vurğuladı.
Qanvermə kampaniyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq.
Qanvermədən əvvəl və sonra qanverən şəxslərə yüksək səviyyədə tibbi yardım göstərilib. Donor qanları Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına təhvil verilib. Onu da qeyd edək ki, Azərsun Holdinq 3-cü ildir ki, belə bir aksiya keçirir. Növbəti illərdə də belə xeyirxah aksiyaların keçirilməsi nəzərdə tutulub.
| [Əvvəlki] | [Sonrakı] |

