Azersundan xəbərlər

“SUN FOOD SERVİCE” MÜŞTƏRİLƏRI ÜÇÜN TƏQDİMAT MƏRASİMİ KEÇİRDİ

17 may, 2009

Daim müştəri məmnuniyyətini nəzərə alaraq onların ehtiyac və tələblərinə cavab verən “Azərsun Holdinq” bir ilə yaxın fəaliyyətdə olan Qida Sənaye Malları Tədarük Mərkəzi məhz bu məqsədlə qurulmuşdur.

Fəaliyyətinə ötən il başlayan “Sun Food Service”nin əsas məqsədi qənnadı və şirniyyat sektorunda fəaliyyət göstərən müəssisələri, ehtiyacı olan xammallarla təmin etməkdir. Bu sektorda böyük əhəmiyyət daşıyan məhsullardan biri olan yağlarla təmin etmək də mühüm əhəmiyyətə malikdir. Çünki şirniyyat məhsullarının istehsalının böyük bir hissəsini təşkil edən biskvit məmulatlarının yağlarının istənilən qaydada emal edilməsi məqsədyönlü atılan addımlardan biridir. Bazarda müştəri məmnuniyyətini diqqət mərkəzində saxlayan “Azərsun Holdinq” bu dəfə də müştərilərinin ehtiyac və tələbatlarını yüksək səviyyəli istehsalı ilə sevindirdi.

Bu günlərdə holdinqin mədəniyyət mərkəzində yeni adını və fəaliyyət sahəsini daha da genişləndirməsi ilə əlaqədar tədbir keçirən “Sun Fod Service” indi də müştəriləri ilə bir araya gəldi.

Belə ki, bu yaxınlarda “Sun Food Service” olaraq adı dəyişdirilən Qida Sənaye Malları Tədarük Mərkəzi müştərilər üçün təqdimat mərasimi keçirdi.

Təşkil olunmuş tədbirdə qida sənayesində öz sözünü demiş qənnadı və şirniyyat istehsalçıları bir yerə toplaşmışdılar. “Sun Food Service”in müştərilərinin istək və tələbatlarına uyğun məhsul istehsalını həyata keçirmişdir. Tədbirdə çıxış edən  hörmətli. “Sun Food Service”in müdiri Bahadur Əliyev əldə edilən müsbət nəticədən həm istehsalçıların, həm də istehlakçıların çox məmnun qaldıqlarını dilə gətirdi. Eyni zamanda müştərilərin tələbatlarını yüksək səviyyədə təmin edən “Sun Food Service” gələcəkdə də öz fəaliyyətini uğurla həyata keçirəcəyini bildirdi.

Təqdimat mərasiminin xoş əhval-ruhiyyədə keçməsi təşkil olunmuş musiqili-əyləncəli proqram gecəyə təşrif buyurmuş qonaqların ürəyincə oldu. Tədbirdə müştərilər üçün xüsusi oyun da keçirilərək onların müxtəlif hədiyyələr qazandılar.

Keyfiyyətə Nəzarət koordinatoru Mustafa Erdoğan öz çıxışında hər zaman müştərilərin istəklərini yüksək keyfiyyətlə təmin edəcəklərinin dilə gətirdi. Bununla yanaşı tədbirdə çıxış edən “Elvan” qənnadı fabrikinin müdiri Nevzat Çelik də “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən belə bir müəssisənin olmasından məmnunluq duyduğunu qeyd etdi. Bu sahədə fəaliyyət göstərən müəssisələrin ehtiyacları “Sun Food Service” vasitəsilə hər zaman qarşılanacaqdır.



[Əvvəlki] [Sonrakı]