Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ” ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 86 İLLİK YUBİLEYİNİ QEYD ETDİ
9 may, 2009
Dahi rəhbər və böyük şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi “Azərsun Holdinq” tərəfindən dərin ehtiramla yad edildi.
“Azərsun Holdinq” rəhbərliyi Azərbaycan xalqının Böyük oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünü qeyd etmişdir. Başda idarə heyətinin sədri Abdolbari Goozal bəy olmaqla idarə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmiş, məzarın önünə tər çiçəklər və əklil qoyaraq dahi rəhbərin xatirəsini bir daha yad etmişdirlər.
Daha sonra ulu öndərin həyat yoldaşı, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edən “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozal ümummilli liderin Azərbaycan dövlətinin inkişafı və xalqın rifah halının yüksək səviyyədə olması üçün əvəzolunmaz və böyük işlər gördüyünü qeyd etmişdir.
Ulu öndərin 86 illik yubileyi ilə əlaqədar “Azərsun Holdinq” tərəfindən silsilə tədbirlər sosial istiqamətdə də həyata keçirilmişdir. Belə ki, “Azərsun Holdinq”lə Azərbaycan Tələbə Gənclər İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə 3 saylı lal-kar internat məktəbinin şagirdlərinə “Elit” ticarət mərkəzinin restoranında 100 nəfərlik yemək ziyafəti verilmiş, eləcə də şən məzhəkəçilər uşaqları xeyli əyləndirmişdirlər.
Tədbirdə çıxış etmiş Humanitar şöbənin rəisi Rüfət Qasımov “Azərsun Holdinq”in valideyn himayəsindən məhrum olmuş, fiziki və əqli cəhətdən zəif uşaqları hər zaman dəstəklədiyini söyləyərək, tədbir iştirakçılarına holdinqin prezidenti cənab Abdolbari Goozal bəyin salamlarını çatdırmışdır.
Sonra isə tədbirdə Azərbaycan Tələbə Gənclər İctimai Birliyinin sədri çıxış edərək “Azərsun Holdinq” rəhbərliyinə öz dərin təşəkkürünü bildirmiş və holdinqin nümayəndəsinə diplom təqdim etmişdir.
Ümummilli lider Heydər Əliyevin 86-cı ildönümü ilə əlaqədar növbəti tədbir isə Qafqaz Media İctimai Birliyi ilə birgə “Azərsun Holdinq”in həyata keçirdiyi tədbir olmuşdur. Tədbir Gözdən Əlil Uşaqlar üçün Respublika İnternat məktəbinin şagirdləri üçün təşkil olunmuşdu. Tədbirdə çıxış edən məktəbin direktoru onlara göstərdiyi qayğıya görə “Azərsun Holdinq”ə öz təşəkkürünü bildirmiş, ehtiyacı olanları diqqət mərkəzində saxlayan və hər zaman onların yanında olan holdinq rəhbərliyini təşəkkürnamə ilə təltif etmişdir.
Silsilə tədbirlərdən biri də Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Xətai rayon şöbəsinin təşkil etdiyi tədbir idi. “Azərsun Holdinq” Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranlarına, eyni zamanda az təminatlı ailələrə şirkətimizin istehsal etdiyi məhsullardan ibarət 150 paket humanitar ərzaq yardımı paylamışdır.
Ulu öndərin yubileyi münasibəti ilə əlaqədar təşkil olunmuş bu tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai–Siyasi şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Ümidvar müəllim və İctimai Birliyin Xətai rayon şöbəsinin sədri Fuad Salahov iştirak etmişlər. Tədbirdə çıxış etmiş Ümidvar müəllim və Fuad Salahov iqtisadi böhran şəraitinə baxmayaraq, onları hər zaman dəstəklədiyinə, göstərdiyi diqqət və qayğıya görə “Azərsun Holdinq”ə, xüsusilə cənab Abdolbari Goozal bəyə öz dərin minnətdarlıqlarını bildirdilər.
| [Əvvəlki] | [Sonrakı] |

