Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ” 9 MAY QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞ KEÇİRDİ
9 may, 2009
“Azərsun Holdinq” tərəfindən 9 May Qələbə Günü münasibətilə Leninqrad Mühasirəsinin İştirakçıları İctimai Birliyinin üzvlərinə yardım paketləri paylanmışdır.
İctimai Birliyin üzvləri olan bu insanlar 1941-1945 Böyük Vətən Müharibəsinin, Leninqrad blokadasının canlı şahidləridir. Belə ki, alman faşistləri tərəfindən Leninqradın (Sankt-Peterburq) mühasirəyə alınması, şəhər sakinləri ilə bərabər döyüşən əsgərləri də blokada şəraitində yaşamağa məcbur etmişdi. Çəkdikləri ən dəhşətli aclıq və məşəqqətlərə baxmayaraq, leninqradlılar öz doğma şəhərlərini düşmənə təslim etməmiş, qəhrəmancasına, sona qədər Leninqradı qorumuşdurlar. Müharibə qurtardıqdan sonra blokada şəraitindən azad olan həmin insanların bir qismi ölkəmizə pənah gətirmiş, bəziləri ailə həyatı quraraq Azərbaycanı özlərinə daimi məskən seçmişlər.
Bu insanlar, müharibə illərində göstərdikləri qəhrəmanlıqlara və döyüş şücaətlərinə görə bir çox orden və medallarla təltif olunmuş Qəhrəmanlardır.
| [Əvvəlki] | [Sonrakı] |

