Azersundan xəbərlər
“AZƏRSUN HOLDINQ” IDMAN KOMPLEKSINI ISTIFADƏYƏ VERDI
28 fevral, 2009
Əməkdaşlarının rifahını hər zaman düşünən “Azərsun Holdinq”, onların asudə vaxtlarını səmərəli keçirməsi üçün də əlverişli şərait yaratmışdır.
Şirkətlər qrupunun daxilində yeni istifadəyə verilmiş idman və sağlamlıq kompleksi holdinqin prezidenti Abdolbari Goozal iştirakı ilə açıldı. Fevral ayının 28-də keçirilən açılış mərasimində holdinq rəhbərliyi ilə yanaşı şirkətlər qrupunun əməkdaşları da iştirak edirdi.
Müasir üslubda inşa edilən İdman Kompleksi yüksək səviyyəli şəraiti ilə göz oxşayırdı.
Burada işçilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi cədvəl də tərtib edilmişdir.
İdman kompleksində mini futbol sahəsi, voleybol meydançası və soyunma otaqları eləcə də duş kabinələrindən ibarətdir. İdman kompleksinin fəaliyyət cədvəli çərşənbə axşamı və cümə axşamları iş saatından sonra 18:30-dan 21:00-a qədərdir. Şənbə günü isə saat 14:00-dan 20:00-a qədər müəyyənləşdirilmişdir. Bununla yanaşı istirahət və digər bayram tətillərində isə saat 10:00-dan saat 20:00-a qədər planlaşdırılır.
Şirkət daxili yaradılan komandalara müsabiqə üçün iki saat, müsabiqəyə hazırlıq üçün isə bir saat vaxt ayrılmışdır.
| [Əvvəlki] | [Sonrakı] |

