Azersundan xəbərlər

MƏHSULLARIMIZ İLIN BRENDI NOMINASIYASINA LAYIQ GÖRÜLDÜLƏR

18 fevral, 2009

“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən “Qafqaz Konserv Zavodu” “Brand Award Azerbaijan” müsabiqəsində Qran-Pri, “Bizim tarla” və “PASHA” brendləri isə İlin Brendi mükafatlarına layiq görüldülər.

2008-ci il may ayının 19-dan 2009-cu il yanvarın 5-nə kimi Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən  www.brandaward.az rəsmi internet saytında keçirilmiş “Brand Award Azerbaijan”  müsabiqəsinin qalibləri elan olunmuşdur. Azərbaycanda və regionda fəaliyyət göstərən bir sıra şirkətlərin, həmçinin hökumət qurumlarının iştirakı ilə təşkil olunmuş təqdimetmə mərasimində “Qafqaz Konserv Zavodu” Qran-Pri, “Bizim tarla” və “PASHA” brendləri isə İlin Brendi mükafatlarına layiq görülüblər.

Keçirilən müsabiqədə 50 ölkədən 5 min nəfər iştirak etmiş, 30-dan çox şirkət mükafatlandırılmışdır. Təşkil olunan tədbirdə çıxış edən CEIBC-in prezidenti Telman Əliyev mükafatçıların Azərbaycanın iqtisadi inkişafında və Azərbaycandakı stabilliyinin qorunmasında rolu böyükdür.

 








[Əvvəlki] [Sonrakı]