Azersundan xəbərlər
ABDOLBARI GOOZAL VƏ “AZƏRSUN HOLDINQ” AVROPA BIZNES ASSEMBLEYASININ YÜKSƏK MÜKAFATINA LAYIQ GÖRÜLMÜŞDÜR
12 mart, 2009
“XXI əsrin Liderləri” adlanan beynəlxalq proqram çərçivəsində “Beynəlxalq sənayeçilər və sahibkarlar konqresi”, “Avropa Bazar Tədqiqatları Mərkəzi (Belçika)”, “Vyana şəhər Beynəlxalq Universiteti (Avstriya)”, Slavyan xalqları məclisi “Beynəlxalq tədris mərkəzi (Malta)”, “Baden-Vüttemberq” Eksport Akademiyası (Almaniya), Məsləhətçi - marketoloqlar Assosiasiyası (Çexiya) və s. təşkilatlar tərəfindən aparılan analitik informasiya təhlilinin nəticəsi olaraq cənab Abdolbari Goozal və “Azərsun Holdinq”, Avropa Biznes Assembleyasının yüksək mükafatlarına layiq görülüblər.
Avropa Biznes Assembleyasının ən mötəbər mükafatı olan “Queen Victoria Commemorative Medal” (Kraliça Viktoriya Xatirə Medalı) biznesdə əldə etdiyi nailiyyətlərə görə şəxsən “Azərsun Holdinq”in prezidenti cənab Abdolbari Goozala təqdim olunmuşdur. “Azərsun Holdinq” isə “European Quality Award”a (Avropa Keyfiyyət Mükafatı ) istehsalatda nail olduğu yüksək keyfiyyət standartına görə layiq görülmüşdür. Mükafatlar mart ayında Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Liderlərin Oksford Sammiti”ndə cənab Abdolbari Goozala təqdim olunmuşdur.
21 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən sammitdə, məşhur “Nokia” şirkətinin rəhbəri cənab Jorma Olilla (Finlandiya), “Tata Group” un rəhbəri cənab Ratan Tata (Mumbay Hindistan) və digər tanınmış şirkətlərin rəhbərləri də mükafatlandırılmışdır.
Əvvəlki illərdə isə Ukrayna prezidenti Viktor Yuşşenko, Belarus prezidenti Aleksandr Lukaşenko, UNİDO-nun baş direktoru Karlos Maqarnos, Rumıniyanın baş naziri Adrian Nastase, Rusiya Federasiyası Dumasının sədri Gennadiy Seleznyov, Viktor Çernomırdin kimi tanınmış şəxslər Avropa Biznes Assembleyası tərəfindən “Queen Victoria Commemorative Medal”a layiq görülüblər.
Tədbir Böyük Britaniya mətbuatında geniş şəkildə işıqlandırılmışdır.
| [Əvvəlki] | [Sonrakı] |

