Azersundan xəbərlər
XOCALI FACİƏSİNİN İL DÖNÜMÜ İLƏ ƏLAQƏDAR “AZƏRSUN HOLDİNQ” ANIM TƏDBİRLƏRİ HƏYATA KEÇİRDİ
26 fevral, 2009
Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davamlı tədbirlər həyata keçirən “Azərsun Holdinq”, hər il olduğu kimi bu il də 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni-rus silahlı birləşmələrinin törətdiyi faciənin ildönümünü ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların millət vəkillərinin təhsil ictimaiyyətinin və xarici diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yad etdi.
25 fevral tarixində, “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində, “Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında təşkil olunmuş ədəbi-bədii kompozisiyada çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç, Xocalı faciəsinin insanlığa qarşı tarixdə görünməmiş bir cinayət olduğunu qeyd etdi. Sonra “Azərsun Holdinq” İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev çıxışında bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün hər bir azərbaycanlının məsuliyyət daşıdığını bildirdi. “Azərsun Holdinq”in, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif tədbirləri dəstəklədiyini qeyd edən Kazım Babayev ötən il holdinqin dəstəyi ilə keçirilən “Xocalı - Beynəlxalq Anım Filmləri Festivalın”a təqdim olunan filmlərin, faciənin dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli əyani vəsaitlər olduğunu vurğuladı.
Fevralın 26-sı “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozalın iştirakı ilə holdinqin kollektivi “Ana harayı” abidəsini ziyarət edərək, abidənin önünə əklil qoydular. Anım mərasimində çıxış edən Abdolbari Goozal, Xocalı şəhidlərinə Allahdan rəhmət, millətimizə isə səbr diləyərək, Xocalı qurbanlarının qanının yerdə qalmayacağına əminliyini bildirdi.
| [Əvvəlki] | [Sonrakı] |

