Azersundan xəbərlər
KÖRPƏLƏRƏ TƏBƏSSÜM BƏXŞ EDƏN “AZƏRSUN HOLDİNQ” ÖZ ƏNƏNƏSİNƏ YENİ İL BAYRAMINDA DA SADİQ QALDI
30 dekabr, 2008
Şirkətlər qrupu tərəfindən təşkil olunmuş Yeni il şənliyinin yaratdığı xoş təəssüratlar, burada iştirak edən bütün körpələrin çöhrəsində ifadə olunmuşdu. “Azərsun Holdinq”in Mədəniyyət Mərkəzi təşkil olunan bu şənlik üçün iki günlük uşaqların ixtiyarına verilmişdi. Yeni il proqramının hazırlanması isə Bakı Uşaq Teatrına həvalə olunmuşdu.
Yeni il şənliyini balacaların sevimlisi Şaxta baba ilə Qar qız açaraq, burada iştirak edən bütün uşaqları salamladılar. Balacalar zövqlə bəzədilmiş yolkanın ətrafında Şaxta baba və Qar qızla şən mahnılar oxuyaraq rəqs etdilər, şer söylədilər. Sonra, Bakı Uşaq Teatrının səhnələşdirdiyi “Meşədə gözəllik müsabiqəsi” adlı tamaşa nümayiş olundu.
Uşaq evləri, sanatoriyalar və ictimai birliklərin himayəsində olan uşaqların əyləndiyi bu şənlik, onlara unudulmaz və sonsuz sevinc hissləri bəxş etdi. Qeyd etmək lazımdır ki, şənliyə holdinq əməkdaşlarının övladları da dəvət olunmuşdu. “Azərsun Holdinq” tərəfindən hazırlanmış Yeni il hədiyyələri isə şənliyin sonunda balacalara təqdim olundu.
Beləliklə, Azərsun balaca dostlarının əhatəsində köhnə ili, bax beləcə yola saldı.
| [Əvvəlki] | [Sonrakı] |

