Azersundan xəbərlər
“AZƏRSUN HOLDİNQ”İN NƏZDİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “QAFQAZ KONSERV ZAVODU” MMC VƏ AZƏRBAYCAN ŞƏKƏR İSTEHSALAT BİRLİYİ LAUREAT ADINA LAYİQ GÖRÜLDÜLƏR
23 dekabr, 2008
Beynəlxalq standartlara uyğun məhsul istehsalı və xidmətləri ilə daim seçilən holdinq müəssisələri öz qabaqcıl fəaliyyətlərınə görə dövlət qurumları tərəfindən yüksək dəyərləndirilir. Bu dəfə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Məhsulun keyfiyyəti və xidmətin təşkili” sahəsində əldə etdiyi nailiyyətlərə görə bu istiqamətdə uğur əldə etmiş müəssisələri mükafatlandırdı.
Müstəqil Dövlətlər Birliyinin 2008-ci il Mükafatlarının laureat adına layiq görülmüş bu müəssisələr - “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən Azərbaycan Şəkər İstehsalat Birliyi və “Qafqaz Konserv Zavodu” MMC-dir.
Qeyd edək ki, müəssisələrin layiq görüldüyü yüksək mükafatlar “Azərsun Holdinq”in Konserv və Qida Paketləmə Qrupu Koordinatoru Zöhrə Xəlilzada və “İmişli Şəkər Zavodu”nun müdiri İsmayıl Müslümzadəyə təqdim olunmuşdur.
| [Əvvəlki] | [Sonrakı] |

