Azersundan xəbərlər
TƏHSİLƏ DAİM QAYĞI VƏ DİQQƏTLƏ YANAŞAN “AZƏRSUN HOLDİNG” DAHA BİR TƏHSİL OCAĞINI ŞAGİRDLƏRİN
İSTİFADƏSİNƏ VERDİ
14 noyabr, 2008
“Azərsun Holding”in maliyyə dəstəyilə inşa olunmuş, Bakı Türk Anadolu Litseyinin yeni tədris korpusunun açılışında qırmızı lenti, Türkiyə Cümhuriyyətinin prezidenti cənab Abdullah Gül kəsdi.
Təhsilə daim qayğı və diqqətlə yanaşan “Azərsun Holdinq” daha bir təhsil ocağını şagirdlərin istifadəsinə verdi. İnşasına 600 min AZN sərf olunmuş məktəbin açılış mərasimi 14 noyabr tarixində həyata keçirildi. Açılış mərasimində, Türkiyə Cümhuriyyətinin prezidenti cənab Abdullah Gül, Azərbaycan Respublikasının Təhsil naziri cənab Misir Mərdanov, Türkiyə Cümhuriyyətinin Enerji naziri cənab Hilmi Güler, Türkiyə Yüksək Öyrətim Kurulunun Başkanı Prof. Dr. Yusuf Ziya Özcan, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Hulusi Kılıç, “Azərsun Holdinq”in prezidenti cənab Abdulbari Goozal qırmızı lenti kəsərək, şagirdlərə təhsillərində nailiyyətlər arzuladılar. Yüksək hökumət nümayəndələri və rəsmilərin iştirakı ilə müşaiyət olunan tədbirdə səmimi abı-hava var idi. Təntənəli şəkildə qarşılanan Türkiyə Respublikasının prezidenti cənab Abdullah Gül, “Azərsun Holdinq”in prezidenti cənab Abdulbari Goozala bu layihəyə görə minnətdarlığını bildirdi. Sonra birlikdə istifadəyə verilən yeni binan sinif otaqlarını gəzərək balaca şagirdlərlə şirin söhbət etdilər.
İnşa olunmuş məktəb kompleksinin tədris binası 1080 m² olmaqla 4 mərtəbədən ibarətdir. Məktəbin idman zalı və akt zalına müasir üslubda, yeni avadanlıqlar quraşdırılmışdır. Bununla yanaşı bütün sinif otaqları istilik sistemi, kondinsioner, proyektor və digər texniki avadanlıqlarla təchiz edilmişdir. Məktəbin həyətinə asfalt örtük çəkilərək yaşıllaşdırma işləri aparılmışdır.
| [Əvvəlki] | [Sonrakı] |

