Azersundan xəbərlər
ALMANİYA RESPUBLİKASININ ƏMƏK VƏ SOSİAL MƏSƏLƏLƏRİ FEDERAL NAZİRLİYİNİN ƏMƏYİN MÜHAFİZƏSİ ÜZRƏ MÜTƏXƏSSİSİ ULRİÇ BEKKER “AZƏRSUN HOLDINQ”İN AVROPA STANDARTLARINA UYĞUN BIR ŞİRKƏT OLDUĞUNU BİLDİRMİŞDİR
24 oktyabr, 2008
“Azərsun Holdinq” nəinki ölkə daxilində, həm də xaricdə kifayət qədər maraq doğuran bir şirkətdir. Bu səbəbdən yerli və əcnəbi qonaqların mütəmadi olaraq holdinqə təşrif buyurması artıq bir növ ənənə halını almışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, “Azərsun Holdinq”in bu dəfəki qonaqları Almaniya Federasiyasından idi. Onlar şirkətimizdə işçilər üçün yaradılmış sağlam iş mühiti və sosial tədbirlərlə maraqlanmış, İnsan Resursları Departamentinin fəaliyyəti ilə tanış olmuşlar.
Almaniya Respublikasının Əmək və Sosial Məsələləri Federal Nazirliyinin əməyin mühafizəsi üzrə mütəxəssisi Ulriç Bekkerlə birgə holdinqə gəlmiş Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məmməd Qazıyev və Dövlət Əmək Müfəttişliyinin bölmə rəisi Mirsəlim Seyidov ilk olaraq İnsan Resursları Departamentinin tədris şöbəsinin təlim otağı ilə tanış olmuşdurlar. Daha sonra “Bakı Yağ və Qida Sənaye” ASC-nin müasir tələblərə tam şəkildə cavab verən kompüter laboratoriyasını, holdinq yeməkxanasını, mədəniyyət mərkəzini və idman zalını gəzmiş qonaqlar buradakı şəraitdən tam razı qaldıqlarını dilə gətirmişdirlər. Holdinqlə tanışlıqdan məmnun qalmış Almaniyalı qonaq Ulriç Bekker isə “Azərsun Holdinq”in Avropa standartlarına uyğun bir şirkət olduğunu vurğulamışdır.
Görüşdə İnsan Resursları Departamentinin müdiri Elçin Məmmədov, "Sun Group" İnsan Resursları Departamentinin müdiri Mahmud Məmmədəliyev, “Bakı Yağ və Qida sənaye” ASC-nin ƏMTT mühəndisi Nazim Ağayev və holdinqin ƏMTT üzrə mütəxəssisi Pərviz Əsədi də iştirak etmişdir.
| [Əvvəlki] | [Sonrakı] |

