Azersundan xəbərlər
ƏMƏKDAŞIMIZ YUNANISTANDA İŞGÜZAR SƏFƏRDƏ OLMUŞDUR
20 oktyabr, 2008
17-19 oktyabr tarixlərində Yunanıstanın Kozani şəhərində qida sərgisi təşkil olunmuşdur. Həmin sərgidə Azərbaycandan 10 şirkət iştirak edirdi. “Azərsun Ticarət və Dağıtım” şirkəti də bu işgüzar səfərdə iştirak edirdi. Sərgidə əsasən Yunanıstanın yerli məhsulları nümayiş etdirilirdi.
Tədbir ilk olaraq Biznes missiyasının açılışı Makedoniyanın baş katibi Adreas Leoudisin mətbuat konfransı ilə başlamışdır. Ölkə haqqında ümumi məlumatlar verildi. Bundan əlavə regionda yetişdirilən əsasən zəfəran, üzüm, şaftalı, alma, zeytun və digər kənd təsərrüfatı məhsullarından emal olunmuş mallar sərgidə nümayiş etdirilmişdir.
“Azərsun Ticarət və Dağıtımı” şirkətinin əməkdaşı Kənan Qurbanovla yanaşı Kozani şəhərində işgüzar səfərdə olan “Dəvəçi Broyler”, “Bakı Biskvit Fabriki”, “Gəncə Metro Market”, “Gəncə Sərab 2”, “Tecuniversal”, “AgriBioEkoTex” və digər yerli şirkətlərin nümayəndələri sərgidəki yerli iri və orta istehsalçı şirkətlərlə görüşlər keçirmiş və təqdim olunan məhsullarla tanışlıq olmuşdur.
Yerli istehsalçıların məhsulları ilə tanış olmaqla bərabər “Azərsun Holdinq”in fəaliyyət sahələri haqqında da Yunanıstanın yerli istehsalçılarına məlumatlar verilmişdir.
| [Əvvəlki] | [Sonrakı] |

